BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun 105 illik yubileyi çərçivəsində Ekologiya və torpaqşünaslıq fakültəsinin təqdimatı: “Yaşıl düşüncə məkanı”

            BDU-nun 105 illik yubileyi çərçivəsində Ekologiya və torpaqşünaslıq fakültəsinin təqdimatı: “Yaşıl düşüncə məkanı”

            SOSİAL 17 Dekabr 2024 17:54

            BDU-nun 105 illik yubileyi çərçivəsində Ekologiya və torpaqşünaslıq fakültəsinin təqdimatı: “Yaşıl düşüncə məkanı”

            Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Ekologiya və torpaqşünaslıq fakültəsinin “Yaşıl düşüncə məkanı” adlı təqdimatı keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Mərasimdə çıxış edən BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov Ekologiya və torpaqşünaslıq fakültəsinin Universitetin ən gənc fakültəsi olmasına baxmayaraq, fəaliyyəti ilə fərqləndiyini qeyd edib. O bildirib ki, fakültədə ekoloji problemlərin həlli, torpaqşünaslıq, qlobal iqlim dəyişiklikləri istiqamətində uğurlu elmi araşdırmalar aparılır. Bu gün dünyada ən aktual məsələlərdən biri bəşər sivilizasiyasının və onu əhatə edən ətraf mühitin sabitliyinin təhlükə qarşısında qalması, mövcud ekosistemlərin dağılması təhlükəsinin artmasıdır. Ekoloji problemlərin təxirə salınmadan həllinin zəruriliyi ekoloji biliklərə tələbat və marağı günü-gündən artırır. Bu baxımdan fakültənin yetişdirdiyi kadrlara çox böyük ehtiyac var.

            Daha sonra Ekologiya və torpaqşünaslıq fakültəsinin fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub.

            Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı fakültənin tarixinə və keçdiyi inkişaf yoluna nəzər salıb. Bildirib ki, ölkə başçısı İlham Əliyevin qərarı ilə 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilməsi ilə əlaqədar olaraq BDU Elmi Şurasının 20 noyabr 2010-cu il tarixli qərarı ilə Biologiya, Coğrafiya və Kimya fakültələrinin müvafiq kafedralarının bazasında Ekologiya və torpaqşünaslıq fakültəsi yaradılıb. 2011-ci il mart ayının 3-də isə fakültənin rəsmi açılışı olub: “Ekologiya və torpaqşünaslıq fakütəsində təbii ehtiyatların və təbii şəraitin qorunması, daha səmərəli istifadə olunması problemləri, keçid və nadir torpaq elementlərinin fotometrik təyini və qatılaşdırma metodikalarının öyrənilməsi, torpaq kadastrı, torpaqların bonitirovkası, ekoloji münbitlik modeli, ekoloji qiymətləndirilməsi və monitorinqi, neft-qaz və neft-kimya sənaye müəssisələrində formalaşan istehsalat tullantılarının ətraf mühitə ekoloji təsirlərinin qiymətləndirilməsi öyrənilir. Hazırda fakültədə 5 kafedra və 2 tədris laboratoriyası üzrə 45 nəfərdən ibarət professor-müəllim heyəti çalışır, 870 bakalavr, 85 magistrant, 9 doktorant, 4 dissertant təhsil alır. Fakültənin məzunları azad edilmiş ərazilərimizdəki yenidənqurma və bərpa prosesində yaxından iştirak edirlər. İnanırıq ki, gənc olan fakültəmiz 105 yaşlı Universitetimizin ali missiyasını şərəflə yerinə yetirəcək”.

            Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva Ekologiya və torpaqşünaslıq fakültəsinin ekoloji təhsil və tədqiqatlar sahəsində, peşəkar ekoloqların hazırlanmasında böyük rola sahib olduğunu bildirib. O vurğulayıb ki, hazırda ölkəmizdə ətraf mühitin qorunması, ona hərtərəfli nəzarətin gerçəkləşdirilməsi üçün çoxsaylı proqram və layihələr icra olunur. Ekologiya və torpaqşünaslıq fakültəsi bu proqram və layihələrin icrasında yaxından iştirak edir.

            Coğrafi ekologiya kafedrasının professoru Şövqi Göyçaylı Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi dövrdən etibarən Azərbaycan ərazisində ekoloji vəziyyətin yaxşılaşdırılması, bu istiqamətdə ixtisaslı kadrların hazırlanması ilə bağlı aparılan uzaqgörən siyasətin mahiyyətindən danışıb. Qeyd edib ki, ölkəmizin bu gün azad edilmiş ərazilərdə başlatdığı yaşıl enerji siyasətinin əsası məhz həmin dövrdə qoyulub.

            Tədbir fakültənin tələbələri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya ilə davam edib.

            SOSİAL

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025