BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU nümayəndə heyəti Pakistanın NUTECH universitetində olub

            BDU nümayəndə heyəti Pakistanın NUTECH universitetində olub

            BEYNƏLMİLƏLLƏŞMƏ 17 Mart 2025 15:04

            BDU nümayəndə heyəti Pakistanın NUTECH universitetində olub

            Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Pakistanın Milli Texnologiya Universitetinin (NUTECH) rektoru Moazzam Ejaz ilə görüş keçirib. Görüşdə iki universitet arasında elmi-tədqiqat, texnologiya transferi və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

            NUTECH Universiteti mühəndislik, sənaye texnologiyaları və hərbi tətbiqli elmlər sahəsində Pakistanın qabaqcıl ali təhsil müəssisələrindən biri hesab olunur. Universitet yeni texnologiyaların işlənilib hazırlanması və tətbiqi istiqamətində aktiv fəaliyyət göstərir. Bu baxımdan BDU ilə NUTECH arasında əməkdaşlıq mühəndislik, informasiya texnologiyaları, aerokosmik elmlər, robototexnika və süni intellekt sahələrində birgə tədqiqatların aparılmasına imkan yaradacaq.

            Tərəflər arasında imzalanmış əməkdaşlıq haqqında niyyət protokolu iki universitet arasında geniş spektrli əməkdaşlığı nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsi, ortaq elmi-tədqiqat layihələrinin icrası, mühəndislik laboratoriyalarının birgə istifadəsi, texnoloji startapların inkişafına dəstək və sənaye ilə əlaqələrin möhkəmləndirilməsi məsələləri əhatə olunub. Bundan əlavə, universitetlər arasında ixtisasartırma proqramlarının həyata keçirilməsi və müştərək doktorantura proqramlarının yaradılması ilə bağlı da razılıq əldə olunub.

            Rektor Elçin Babayev görüş zamanı BDU-nun təkcə fundamental elmlər sahəsində deyil, eyni zamanda tətbiqi elmlər və texnologiyalar istiqamətində də inkişaf etdiyini vurğulayaraq, NUTECH Universiteti ilə əməkdaşlığın BDU-nun innovasiya ekosisteminin gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.

            Görüş çərçivəsində iki universitet arasında birgə texnoloji konfransların, seminarların və tələbə innovasiya müsabiqələrinin təşkil olunması, eləcə də elmi-tədqiqat və texnologiya inkubatorlarının yaradılması məsələləri də müzakirə edilib.

            BDU nümayəndə heyəti NUTECH-in kampusu və laboratoriyaları ilə ətraflı tanış olub.

            BDU nümayəndə heyəti Pakistanın NUTECH universitetində olub
            BDU nümayəndə heyəti Pakistanın NUTECH universitetində olub
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025