BDU nümayəndə heyəti Anhui Universitetinin Stony Brook İnstitutunun təcrübəsi ilə tanış olub
BEYNƏLMİLƏLLƏŞMƏ
16 Dekabr 2025 14:47

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinin Anhui Universitetinin nəzdində fəaliyyət göstərən Stony Brook İnstitutunda (“Stony Brook Institute at Anhui University – SBIAHU”) olub. Anhui Universiteti ilə ABŞ-nin Stony Brook Universitetinin birgə təşəbbüsü əsasında yaradılmış institut beynəlxalq standartlara uyğun akademik və elmi-tədqiqat mühiti ilə seçilir.
Görüş zamanı institutun rəhbəri Zhen Huang tərəfindən SBIAHU-nun yaranma tarixi, idarəetmə modeli, tədris konsepsiyası və elmi-tədqiqat fəaliyyəti barədə ətraflı təqdimat aparılıb. Təqdimatda beynəlxalq tərəfdaşlıq mexanizmləri, ikili diplom proqramlarının strukturu və tələbələr üçün yaradılmış imkanlar diqqətə çatdırılıb.
Qeyd edək ki, 2020-ci ildən fəaliyyət göstərən institutda tətbiqi fizika, tətbiqi statistika və rəqəmsal media texnologiyaları üzrə proqramlar həyata keçirilir. Tədris modelinə əsasən tələbələr təhsil müddətinin müəyyən hissəsini Anhui Universitetində, digər hissəsini isə Stony Brook Universitetində davam etdirir və məzun olduqda iki diplom əldə edirlər.
İnstitutun maddi-texniki bazası müasir laboratoriyalar, qabaqcıl texnologiyalar və güclü elmi-tədqiqat infrastrukturu ilə təmin olunub. Tələbələr STEM sahələri üzrə müxtəlif layihələrdə iştirak edərək praktiki bilik və beynəlxalq tədqiqat bacarıqları qazanırlar.
Görüş çərçivəsində tərəflər arasında əməkdaşlığın perspektiv istiqamətləri, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin icrası və təhsil proqramlarının təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Son XƏBƏRLƏR
16.12.2025 | 00:00
Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov
16.12.2025 | 16:39
ƏƏSMN BDU tələbələri üçün dövlət qulluğunun üstünlüklərinə dair infosessiya keçirib
16.12.2025 | 16:07
Çinin Sosial Elmlər Akademiyası nəzdində Modernləşmə Milli Akademiyasının nümayəndələri BDU-da
16.12.2025 | 14:45
BDU nümayəndə heyəti Çinin Elm və Texnologiya Universitetində olub
16.12.2025 | 14:35