BDU İordaniyanın Al Ahliyya Amman Universiteti ilə əməkdaşlığa başlayır

Bakı Dövlət Universiteti (BDU) və İordaniya Haşimilər Krallığının Al Ahliyya Amman Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Al Ahliyya Amman Universitetinin rektoru Sari Hamdan imzalayıb.
Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.
Əsası 1990-cı ildə qoyulmuş Al Ahliyya Amman Universiteti İordaniya Haşimilər Krallığının nüfuzlu universitetlərindən biridir və “QS Dünya Universitetləri Reytinqi”ndə 2026-cı il üzrə 761-770-ci pillələrdə yer alır.