BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağının təşkil etdiyi Bədii Qiraət Müsabiqəsinə yekun vurlulub

            BDU ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağının təşkil etdiyi Bədii Qiraət Müsabiqəsinə yekun vurlulub

            21 Aprel 2021 13:41

            BDU ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağının təşkil etdiyi Bədii Qiraət Müsabiqəsinə yekun vurlulub

            Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatşlığı ilə Nizami Gəncəvinin əsərlərindən ibarət bədii qiraət müsabiqəsinin yekunlarına həsr edilmiş onlayn tədbir keçirilib. Professor-müəllim heyətinin, tələbələrin və qonaqların iştirakı ilə keçirilən tədbirdə giriş sözü ilə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinin dahi şairin irsinə müxtəlif aspektlərdən yanaşılması baxımından böyük imkanlar yaratdığını bildirib, gənclər arasında bu cür müsabiqələrin təşkilinin xüsusi əhəmiyyətindən bəhs edib və müsabiqə qaliblərinə öncədən təbriklərini çatdırıb.

            Sonra bədii qiraət müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış 10 iştirakçının ifasında Nizami yaradıcılığından nümunələr dinlənilib. Müsabiqənin münsiflər heyətinin üzvləri - Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, ədəbiyyatşünas Əsəd Cahangir, BDU-nun kafedra müdiri Knyaz Aslan, Şərqşünaslıq fakültəsinin dekan müavini Nigar İsmayılzadə və Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov ifalara münasibətlərini bildirib, iştirakçıları müvafiq ballarla qiymətləndiriblər. Müsabiqənin yekunlarına əsasən Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri Nərgiz Həşimzadə 1-ci, Nilufər Qəhrəmanova 2-ci, Aysel Bayramova isə 3-cü yerə layiq görülüb.

            Sonda çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov iştirakçıları İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun adından salamlayıb,  bildirib ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə verilən böyük töhfədir. O, Bakı Dövlət Universitetinin “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlərdə xüsusilə fərqləndiyini, ali təhsil ocağının təşkilatçılığı ilə bu mövzuda konfransların, elmi seminarların və kütləvi tədbirlərin keçirilməsinin ictimaiyyət tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırıb, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitə görə Universitet rəhbərliyinə minnətdarlığını bildirib. Həbib Misirov qeyd edib ki, qaliblərə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən pul mükafatı, diplom və digər hədiyyələr təqdim olunacaqdır. Tədbirdə eyni zamanda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Almaz Ülvinin “Nizami və özbək ədəbiyyatı” mövzusunda məruzəsi dinlənilib, Nizami yaradıcılığı haqqında tələbələrin hazırladığı videoçarx nümayiş etdirilib.

            BDU ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağının təşkil etdiyi Bədii Qiraət Müsabiqəsinə yekun vurlulub

            Son XƏBƏRLƏR

            08.01.2026 | 14:29

            Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da

            07.01.2026 | 15:11

            BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib

            07.01.2026 | 11:30

            BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır

            06.01.2026 | 11:38

            BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir

            05.01.2026 | 13:20

            BDU-da qış imtahan sessiyasında 22 minə yaxın tələbə iştirak edir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025