BDU Gürcüstan Universiteti ilə əməkdaşlığa başlayır

Bakı Dövlət Universiteti (BDU) və Gürcüstan Respublikasının Gürcüstan Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Gürcüstan Universitetinin rektoru Konstantine Topuria imzalayıb.
Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝlərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planları və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.