BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU elmmetrik göstəricilərinə görə Azərbaycan universitetləri arasında yenə liderdir

            BDU elmmetrik göstəricilərinə görə Azərbaycan universitetləri arasında yenə liderdir

            25 May 2021 15:39

            BDU elmmetrik göstəricilərinə görə Azərbaycan universitetləri arasında yenə liderdir

            “Clarivate Analytics” beynəlxalq informasiya agentliyinin rəsmi məlumatına əsasən BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən bu agentliyin “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3201 elmi əsər nəşr edilib. Bu əsərlərə 15292 dəfə  istinad edilib. BDU-nun h-indeksi (h -indeks və ya Hirş indeksi  alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi məqalələr və həmin məqalələrə istinada görə kəmiyyət göstəricisidir) 46-ya (bu o deməkdir ki, bu bazaya daxil olan dərgilərdə nəşr edilmiş 46 elmi əsərin hər birinə ən azı 46 dəfə istinad edilib), hər bir əsərə edilən istinadların orta sayı isə 4,78-ə qədər yüksəlib. Onu da qeyd edək ki, 2016-cı ilin sonunda BDU-nun h-indeksi 29-a bərabər olmuşdur.

            Qeyd edək ki, həm dərc edilən elmi əsərlərin sayı, həm də onlara edilən istinadların sayı xüsusilə son illər sürətlə artır. Belə ki, təkcə 2020-ci ildə “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 393 əsər nəşr edilib ki, bu da 2016-cı ildə nəşr edilən əsərlərin sayından 1.8 dəfə çoxdur. 2020-ci ildə BDU əməkdaşları, doktorantları və tələbələri tərəfindən nəşr edilən əsərlərə 3161 dəfə istinad edilib ki, bu da  2016-cı ildə edilən istinadların sayından 3 dəfə çoxdur. Həmçinin 2021-ci ilin ilk 5 ayı ərzində “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 78 elmi əsər nəşr edilib və nəşr edilən əsərlərə 1325 dəfə istinad edilib.
            2020-ci ildə bütövlükdə Azərbaycan üzrə “Web of Science” bazasına daxil olan dərgilərdə dərc olunmuş 1943 elmi əsərdən 393 əsər BDU əməkdaşlarına aiddir. “Clarivate Analytics”  şirkətinin “InCites” qiymətləndirmə sisteminin nəticələrinə əsasən 2016-2020-ci illər ərzində bütövlükdə Azərbaycan üzrə dərc olunmuş elmi əsərlər içərisində BDU-nun payı 19% və Azərbaycan Respublikasındakı bütün universitetlər üzrə dərc olunmuş elmi əsərlərdə isə 43% təşkil edir. Həm struktur islahatlarının aparılması, həm də prioritet istiqamətlərin dəqiqləşdirilməsi 2020-ci ildə, COVİD-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, elmi nəticələrin keyfiyyətinin kifayət qədər artmasına səbəb olmuşdur. Belə ki, BDU əməkdaşlarının 2020-ci ildə Q1 və Q2 kvartil kateqoriyalı jurnallarda dərc etdirdiyi elmi məqalələrin sayı 2016-cı illə müqayisədə 1.3 dəfə artmışdır.

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025