BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-dan növbəti kitabbağışlama aksiyası

            BDU-dan növbəti kitabbağışlama aksiyası

            SOSİAL 15 Fevral 2024 14:33

            BDU-dan növbəti kitabbağışlama aksiyası

            Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının əməkdaşları Sumqayıt Dövlət Universitetinin (SDU) Elmi Kitabxanasında olublar. BDU-dan olan nümayəndə heyəti 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin Elmi Kitabxanasına kitablar hədiyyə edib. SDU-nun Elmi Kitabxanasının sorğusuna əsasən, universitetin profilinə uyğun, tələbə, professor və müəllim heyəti tərəfindən daha çox ehtiyac duyulan ümumilikdə 147 adda, 362 nüsxə elmi, bədii və tədris ədəbiyyatı Mübadilə-ehtiyat fondundan seçilərək təhvil verilib. Hədiyyə olunmuş kitablar arasında Azərbaycan dili və nitq mədəniyyəti, Azərbaycan ədəbiyyatı, tarixi, pedaqogika, ekologiya, coğrafiya, təhsilə dair dərsliklər, həmçinin iqtisadiyyat, menecment, bank işi, makro və mikroiqtisadiyyata aid ingilis dilindən Azərbaycan dilinə tərcümə olunmuş beynəlxalq miqyaslı akademik nəşrlər yer alıb.

            SDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Elmar Xəlilov və rektorun müşaviri İsmayıl İsmayılov müxtəlif elm sahələrinə dair BDU alimlərinin müəllifi olduqları və BDU-nun “Nəşr Evi”ndə çap olunan fundamental dərslik və dərs vəsaitlərinin universitetin tədris prosesinə əsaslı informasiya dəstəyi göstərəcəyini bildiriblər.

            Tədbirdə çıxış edən BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova vurğulayıb ki, təmsil etdiyi kitabxana respublika ali təhsil müəssisələrinin  kitabxanalarının metodiki mərkəzi kimi universitet kitabxanalarının fondunun formalaşmasına yardım məqsədilə hər il 14 fevral tarixində kitab bağışlama aksiyaları keçirir. Aksiya çərçivəsində hədiyyə olunan kitablar oxucular üçün yeni biliklərin əldə olunmasına dəstək olacaq.

            BDU-dan növbəti kitabbağışlama aksiyası
            BDU-dan növbəti kitabbağışlama aksiyası
            BDU-dan növbəti kitabbağışlama aksiyası
            SOSİAL

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025