BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da yeni nəsil materialların hazırlanması sahəsində Azərbaycanda ilk ixtisaslaşmış elmi-tədqiqat mərkəzi yaradılır

            BDU-da yeni nəsil materialların hazırlanması sahəsində Azərbaycanda ilk ixtisaslaşmış elmi-tədqiqat mərkəzi yaradılır

            ELM 13 Fevral 2026 19:00

            BDU-da yeni nəsil materialların hazırlanması sahəsində Azərbaycanda ilk ixtisaslaşmış elmi-tədqiqat mərkəzi yaradılır

            Bakı Dövlət Universitetində (BDU) yaradılır. Bununla bağlı BDU Elmi Şurası qərar qəbul edib.

            Qeyd olunub ki, yeni texnologiyaların sürətli inkişafı fonunda qabaqcıl materiallar elmi  fundamental və tətbiqi tədqiqatların ən prioritet istiqamətlərindən birinə çevrilib. Yüksək texnologiyalar, kvant texnologiyaları, enerji çevrilməsi və enerji saxlanılması üçün yeni nəsil materialların hazırlanması və öyrənilməsi strateji əhəmiyyət kəsb edən problemlərdir. Bu sahədə aparılan tədqiqatlar yalnız fundamental elmin inkişafına deyil, eyni zamanda, innovativ və rəqabətqabiliyyətli texnologiyaların və dayanıqlı enerji həllərinin formalaşmasına birbaşa təsir göstərir. Bu baxımdan BDU-da ixtisaslaşmış Qabaqcıl Materialşünaslıq Elmi-Tədqiqat və İnkişaf Mərkəzinin (Advanced Materials Science R&D Center) yaradılması həm elmi, həm də strateji baxımdan zəruri və məqsədəuyğundur. Mərkəzin əsas məqsədi kvant texnologiyları və enerji çevrilmələri üçün qabaqcıl funksional materialların dizaynı, sintezi, xarakterizasiyası və tətbiqinə sahələrinə yönəlmiş yüksək səviyyəli fundamental tədqiqatların aparılması, beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi, eləcə də gənc tədqiqatçı və mütəxəssislərin hazırlanmasıdır.

            Qabaqcıl materiallar üzrə tədqiqatlar hazırda dünya elmində ən sürətlə inkişaf edən istiqamətlərdən biri olmaqla, yeni fiziki və kimyəvi xassələrə malik funksional materialların aşkar edilməsinə imkan yaradır. Bu isə enerji, elektronika, optoelektronika, sensor və kvant texnologiyalarının inkişafı üçün yeni perspektivlər açır. Son illərdə BDU-da məhz bu istiqamətlər üzrə, xüsusilə yüksək texnologiyalar, kvant texnologiyaları və enerji çevrilməsi üçün materialların hazırlanması və öyrənilməsi sahəsində məqsədyönlü və sistemli elmi-tədqiqat işləri aparılır. Sözügedən tədqiqatlar kondensə olunmuş hal fizikası, bərk cisim kimyası və material mühəndisliyi sahələrinin kəsişməsində yerləşən aktual fundamental və tətbiqi problemləri əhatə etməklə beynəlxalq elmi gündəmlə tam uyğunluq təşkil edir. Bu faktlar Universitetdə yeni elmi-tədqiqat mərkəzinin yaradılması üçün artıq möhkəm elmi baza və praktiki təcrübənin mövcud olduğunu açıq şəkildə göstərir.

            Qabaqcıl Materialşünaslıq Elmi-Tədqiqat və İnkişaf Mərkəzi daxilində iki ixtisaslaşmış elmi-tədqiqat laboratoriyasının (ETL) yaradılması nəzərdə tutulur: Material dizaynı və sintezi ETL və Materiallar fizikası ETL. 

            Material dizaynı və sintezi ETL-də yeni qabaqcıl funksional materialların quruluş və tərkib dizaynı, nəzəri modelləşdirilməsi, sintezi və kristal böyüdülməsi üzrə tədqiqatlar aparılacaq. Burada topoloji izolyatorlar, Veyl yarımmetalları, Kagome metalları, topoloji ifratkeçiricilər kimi yeni nəsil kvant materiallarının, eləcə də termoelektriklər və fotovoltaik kimi enerji materiallarının tərkib, kristal quruluş və xassələrinin proqnozlaşdırılması maşın öyrənməsi (machine learning) və elektron quruluş nəzəriyyəsinə əsaslanan hesablama metodları ilə aparılacaq və modelləşdirilmiş materialların müasir metodlarla sintez və kristal yetişdirilməsi həyata keçiriləcək.

            Materiallar fizikası ETL-də isə Material dizaynı və sintezi laboratoriyasında hazırlanmış yeni materialların quruluş–funksiya əlaqələrinin müəyyənləşdirilməsi və atomik miqyasdan makroskopik səviyyəyədək elektron, maqnit, optik və topoloji xassələrin tədqiqi qabaqcıl təcrübi tədqiqat üsulları (rentgenoqrafik metodlar, mikroskopiya, spektroskopiya və maqnit ölçmələri) və təməl prinsiplər hesablamaları köməyi ilə aparılacaq. Laboratoriyada aparılacaq tədqiqatların əhəmiyyətli bir hissəsi beynəlxalq əməkdaşlıqlar çərçivəsində həyata keçiriləcək ki, bu da mövcud elmi əlaqələrin daha da genişlənməsinə, eləcə də gənc tədqiqatçıların mübadiləsinə mühüm töhfə verəcək. Ümumilikdə hər iki laboratoriyada kvant texnologiyaları və enerji çevrilməsi üçün materiallara dair tədqiqatlar sinxron şəkildə interdissiplinar olaraq araşdıracaq.

            Qabaqcıl Materialşünaslıq Elmi-Tədqiqat və İnkişaf Mərkəzi kvant texnologiyaları və enerji çevrilmələri üçün yeni materialların əldə edilməsi və öyrənilməsi istiqamətində Azərbaycanda ilk ixtisaslaşmış elmi-tədqiqat mərkəzi olacaq. Bu Mərkəzin fəaliyyəti ölkəmizi qeyd edilən sahələrdə dünya miqyasında aparılan tədqiqatlarda ön sıralara  çıxmasına mühüm töhfə verəcək və BDU-da materialşünaslıq sahəsində çoxşaxəli elmi fəaliyyətlərin əhəmiyyətli dərəcədə gücləndirilməsinə, müasir tədqiqat infrastrukturunun formalaşdırılmasına və strateji elmi platformanın yaradılmasına xidmət edəcək

            ELM

            Son XƏBƏRLƏR

            13.02.2026 | 18:33

            BDU Elmi Şurasının növbəti iclası

            13.02.2026 | 18:09

            BDU-nun III-IV kurs tələbələrinin nəzərinə!

            13.02.2026 | 18:08

            BDU komandası Özbəkistanda kibertəhlükəsizlik üzrə “Cybersecurity Capture the Flag (CTF) 2026” olimpiadasında iştirak edəcək

            13.02.2026 | 16:31

            BDU-da əmək hüququnda süni intellektin tətbiqi problemlərinə dair araşdırmalar aparılır

            13.02.2026 | 16:25

            BDU-da beynəlxalq cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin mühakiməsində milli məhkəmələrin rolu müzakirə olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025