BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Vətən müharibəsi qazisi ilə görüş

            BDU-da Vətən müharibəsi qazisi ilə görüş

            SOSİAL 7 Noyabr 2024 16:14

            BDU-da Vətən müharibəsi qazisi ilə görüş

            Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Vətən müharibəsi qazisi, BDU-nun məzunu, baş leytenant, yazıçı-publisist Vüsal Hətəmovla görüş keçirilib.
            Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib.
            Baş leytenant Vüsal Hətəmovun döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

            Universitetin “Zəfər tarixi” lektoriyasında keçirilən tədbirin moderatoru – İnformasiya və sənəd menecmenti fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Daşqın Məhəmmədli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Silahlı Qüvvələrinin şücaəti sayəsində qazandığımız parlaq qələbədən, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasından danışıb. Tədbirə dəvət olunmuş baş leytenant Vüsal Hətəmovun döyüş yolu haqqında iştirakçılara geniş məlumat verib.

            Vətən müharibəsinin ilk günlərindən ehtiyatda olan zabit kimi könüllü döyüşə yollandığını bildirən Vüsal Hətəmov işğalçı qüvvələrə qarşı aparılan hərbi əməliyyatlarda müharibənin sonuna qədər iştirak etdiyini bildirib, döyüş təəssüratlarını görüş iştirakçıları ilə bölüşüb. O, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin mahir sərkərdəliyi, xalqımızın birliyi, şəhid və qazilərin qanı və canı hesabına Vətən torpaqlarının düşmən işğalından azad edilməsinin çoxəsrlik tariximizin parlaq səhifəsi olduğunu vurğulayıb. Müzəffər Ordumuzun uğurlu hərbi əməliyyatları nəticəsində Azərbaycan bayrağının 30 ildən artıq işğalda qalmış ərazilərimizdə dalğalandırılmasının hər birimizdə sonsuz qürur hissi yaratdığını bildirib: “Bu gün məzunu olduğum doğma Universitetimizdə belə bir görüşün keçirilməsini həyatımın ən parlaq səhifələrindən sayıram. Mənim üçün çox qürurvericidir ki, bu görüşə Zəfər qazanmış ordunun zabiti kimi gəlmişəm”.

            I Qarabağ müharibəsinin veteranı, BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, Sənəd menecmenti kafedrasının müdiri Nadir İsmayılov, dosent Rasim Süleymanov, dosent Solmaz Sadıqova çıxışlarında Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən bəhs edib, bu cür görüşlərin tələbələrdə vətənpərvərlik hisslərinin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıblar.

            BDU-da Vətən müharibəsi qazisi ilə görüş
            BDU-da Vətən müharibəsi qazisi ilə görüş
            BDU-da Vətən müharibəsi qazisi ilə görüş
            SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025