BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da ustad dərsi: ““Manas” eposu və türk dastançılıq ənənələri”

            BDU-da ustad dərsi: ““Manas” eposu və türk dastançılıq ənənələri”

            TƏDRİS 5 Mart 2026 15:26

            BDU-da ustad dərsi: ““Manas” eposu və türk dastançılıq ənənələri”

            Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə ““Manas” eposu və türk dastançılıq ənənələri” mövzusunda ustad dərsi keçirilib. Ustad dərsində Beynəlxalq Aytmatov Akademiyasının fəxri üzvü, manasşünas alim Adil Cəmil mövzu üzrə məruzə edib.

            Məruzədə dünya ədəbiyyatında həcmcə ən böyük epos nümunəsi olan “Manas” dastanı haqqında geniş məlumat verilib, qırğız türklərinin ərsəyə gətirdiyi bu zəngin abidənin yalnız türk dünyasının deyil, dünya xalqlarının şifahi ədəbiyyatındakı yeri və mövqeyi təhlil edilib. Qeyd olunub ki, türk xalqlarının tarixini, qəhrəmanlığını və əyilməziyini, adət-ənənələrini yaşadan, gələcək nəsillərə ötürən “Manas” eposu bu gün türk birliyinin möhkəmləndirilməsində mühüm rola malikdir. Məruzəçi vurğulayıb ki, 1995-ci ilin avqustunda Qırğızıstanda “Manas” dastanının 1000 illiyinə həsr olunmuş yubiley tədbirində Ulu Öndərimiz Heydər Əliyev bu möhtəşəm abidə haqqında yüksək fikirlər söyləyib, dastanı Azərbaycan xalqının da mədəni, mənəvi sərvəti hesab edib. Ulu Öndər tarixi çıxışında deyirdi: ““Manas” qırğız xalqının böyük mədəni və mənəvi sərvətidir, bütün dünya sivilizasiyasının, bəşəriyyətin dəyərli sərvətidir, türk dünyasının, türkdilli xalqların, İslam dünyasının böyük mənəvi sərvətidir. “Manas” eyni zamanda Azərbaycan xalqına məxsusdur, Azərbaycan xalqının da mənəvi, mədəni sərvətidir. Manas bizim hamımızın, xalqlarımızın hamısının ulu babasıdır”.

            Məruzədə dastanın elmə məlum olan variantları, müxtəlif dillərə tərcümələri, bu istiqamətdə aparılmış tədqiqat işləri barədə dolğun informasiyalar diqqətə çatdırılıb. “Manas”ın nəşr tarixindən bəhs edən məruzəçi bildirib ki, eposun bir neçə boyu ilk dəfə 1856-cı ildə Qazax ziyalısı Çokan Valixanov tərəfindən yazıya alınıb: “Akademik Radlov 1885-ci ildə eposu alman dilinə çevirərək (sətri tərcümə ilə) nəşr etdirib. Qardaş Türkiyədə isə dastanı ilk dəfə nəsr şəklində çap etdirən Abdulkadir İnan olmuşdur”. Araşdırmada həmçinin eposun Azərbaycan elmi-ədəbi fikrində yeri şərh olunub, “Manas” eposu ilə “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları arasında paralellər aparılıb, bütün bu mədəni abidələrin türk xalqlarının ortaq dəyərləri olduğu xüsusi vurğulanıb.

            Ustad dərsi maraqla dinlənilib, mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

            BDU-da ustad dərsi: ““Manas” eposu və türk dastançılıq ənənələri”
            BDU-da ustad dərsi: ““Manas” eposu və türk dastançılıq ənənələri”
            BDU-da ustad dərsi: ““Manas” eposu və türk dastançılıq ənənələri”
            BDU-da ustad dərsi: ““Manas” eposu və türk dastançılıq ənənələri”
            TƏDRİS

            Son XƏBƏRLƏR

            05.03.2026 | 17:17

            BDU-nun dosenti Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş tədbir

            05.03.2026 | 17:16

            Akademik Vaqif Fərzəliyev BDU-da ustad dərsi deyib

            05.03.2026 | 17:15

            BDU-da müasir Azərbaycan-ingilis ədəbi əlaqələri müzakirə olunub

            05.03.2026 | 16:08

            BDU-da V "Tusi" inkubasiya proqramı haqqında infosessiya

            05.03.2026 | 15:53

            BDU-da Məzunlar Cəmiyyətinin növbəti seminarı - “İKT sahəsində təşkilati davranış və idarəetmə”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025