BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda II Beynəlxalq elmi konfrans

            BDU-da “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda II Beynəlxalq elmi konfrans

            ELM 25 Dekabr 2025 16:09

            BDU-da “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda II Beynəlxalq elmi konfrans

            Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə şanlı Qələbənin beşinci ildönümünə həsr olunmuş “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda II Beynəlxalq elmi konfrans keçirilir.

            BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov bu ilin Azərbaycan üçün əlamətdar hadisələrlə zəngin olduğunu, ölkəmizin Qarabağda şanlı Zəfərin beşinci ildönümünü, “Konstitusiya və Suverenlik İli”ni qeyd etdiyini deyib. O bildirib ki, Azərbaycanın qazandığı bu Zəfəri Türk dünyasının birliyi daha da gücləndirir: “Türkdilli xalqları ortaq tarix, adət-ənənələr, qəhrəmanlar, maddi və mənəvi dəyərlər birləşdirir. Bu gün ikincisi keçirilən “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda Beynəlxalq elmi konfransın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzunu olduğu Tarix fakültəsində keçirilməsinin də xüsusi əhəmiyyəti var. Çünki postsovet dövründə milli kimliyimizin araşdırılması və Türk dünyası ilə bağlılığımızla bağlı araşdırmalara ən çox ehtiyacın duyulduğu bir dövrdə BDU-nun Tarix fakültəsi bu məsuliyyətli vəzifəni icra edib. Bununla bərabər, Ulu Öndər Heydər Əliyevin Türk dünyasının inkişafında misilsiz xidmətləri var. Məhz Ümummilli Liderin əsasını qoyduğu bu birlik epoxası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali təhsil müəssisələrinin üzərinə düşən vəzifə isə gənc nəsli bununla bağlı köklü araşdırmalara sövq etmək və bu ənənəni davam etdirməkdir”.

            Milli Məclisin elm və təhsil komitəsinin sədri, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov ümumtürk ailəsinin və soy-kökünün qorunmasının vacibliyini vurğulayıb. Yeni reallıqlar dövrünü yaşayan Azərbaycanın bu gün Türk dünyasının mərkəzinə çevrildiyini, dirçələn Qarabağın isə bu birliyin strateji nöqtəsi olduğunu deyib: “Türk dünyasının ortaq tarixini yaratmaq lazımdır. Hazırda ortaq əlifbanın üzərində işlər gedir, amma ortaq tarix daha da strateji məsələdir. İnanıram ki, bu missiyanı gənclərimiz bacaracaq”.

            BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov Türk dünyasının ortaq tarixi-mədəni dəyərlərinin pedaqoji yükə sahib olduğunu deyib: “Bu gün “Türk dünyası nədir?” sualının cavabını tapmaqla uzun illər həsrətində olduğumuz birliyə nail olmuşuq. Türkçülük ideologiyasının əsasını qoyan Ziya Göyalp, ölkəmizdə ilk dəfə bu ideyaların müəllifi kimi çıxış edən Əli bəy Hüseynzadənin varisləri kimi həmin sualı daha dərindən dərk etməli və dünyaya sübut etməliyik. Hazırda Türk dünyasının ortaq məsələlərlə bağlı metodoloji problemləri var. Biz ortaq məsələlərin təhrifə yol verilmədən inkişafına nail olmalıyıq”.

            Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru İbrahim Ethem Atnur, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, dosent Fərhad Quliyev, Milli Məclisin üzvləri, BDU-nun Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva və Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi Naqif Həmzəyev konfransın ölkəmiz və bütövlükdə Türk dünyası üçün önəmini bildirib, tələbə-gəncləri bu mövzuda fəal olmağa çağırıblar.

            Konfrans öz işini plenar iclas və 9 bölmə ilə davam etdirir.

            BDU-da “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda II Beynəlxalq elmi konfrans
            BDU-da “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda II Beynəlxalq elmi konfrans
            BDU-da “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda II Beynəlxalq elmi konfrans
            BDU-da “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda II Beynəlxalq elmi konfrans
            BDU-da “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda II Beynəlxalq elmi konfrans
            BDU-da “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda II Beynəlxalq elmi konfrans
            BDU-da “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda II Beynəlxalq elmi konfrans
            ELM BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            03.02.2026 | 12:01

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

            03.02.2026 | 11:32

            BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş

            03.02.2026 | 10:54

            VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

            03.02.2026 | 10:31

            BDU-nun rektoru UNCOPUOS-un Elm və Texnika üzrə Alt Komitəsinin 63-cü sessiyasında iştirak edir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025