BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunun professoru ustad dərsi keçib

            BDU-da Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunun professoru ustad dərsi keçib

            30 Aprel 2021 15:17

            BDU-da Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunun professoru ustad dərsi keçib

            Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, pedaqogika elmləri doktoru, professor, Rusiyanın Fəxri təhsil işçisi Valentina Vladimirovna Brejneva Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində Biblioqrafiyaşünaslıq kafedrasının təşkilatçılığı ilə professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələr üçün Kitabxanada biblioqrafik işin təşkili və metodikası fənnindən “Servis əsaslı yanaşma kitabxana-informasiya müəssisələrinin inkişafının strategiyası kimi” mövzusunda onlayn ustad dərsi keçib.

            Professor Valentina Vladimirovna Brejneva mühazirəsində əvvəlcə Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutu və kitabxanaçılıq-informasiya fakultəsinin tarixi, kadr potensialı, mövcud durumu, perspektivləri və hədəfləri haqqında ətraflı məlumat verib. Modern kitabxanaçı-biblioqrafın siması, onun elmi-mədəni səviyyəsi, oxucu-kitabxanaçı ünsiyyətinin psixoloj-pedaqoji çalarları haqqında müasir inkişaf tendensiyaları diqqətə çatdırılıb.

            Mühazirədə qlobal informasiya mühitinin kitabxana-informasiya fəaliyyətinə transformasiyasının nəticələri sistemli şəkildə təhlil edilib, informasiya menecmenti, informasiya konsaltinqi və logistikasının kitabxanalarda tətbiqinin vacibliyi vurğulanıb. Kitabxanaların fundamental funksiyalarının həyata keçirilməsində sistemli yanaşmanın vacibliyi elmi-metodoloji cəhətdən əsaslandırılıb. Həmçinin informasiya dövründə kitabxana-informasiya mərkəzlərinin cəmiyyətin həyatında aparıcı rol oynadığı vurğulanıb, müxtəlif yaş qruplarına aid edilən oxuculara informasiya xidmətinin xüsusiyyətləri təhlil edilib, kitabxanaçı əməyinin keyfiyyəti və nəticələri haqqında şərhlər verilib.

            Ustad dərsi auditoriya tərəfindən böyük maraqla dinlənilib, professor Valentina Vladimirovna Brejneva dinləyicilərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb, eyni zamanda fakültələr arasında əməkdaşlığın davam və inkişaf etdirlməsində maraqlı olduqlarını bildirib.

            BDU-da Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunun professoru ustad dərsi keçib

            Son XƏBƏRLƏR

            08.01.2026 | 14:29

            Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da

            07.01.2026 | 15:11

            BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib

            07.01.2026 | 11:30

            BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır

            06.01.2026 | 11:38

            BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir

            05.01.2026 | 13:20

            BDU-da qış imtahan sessiyasında 22 minə yaxın tələbə iştirak edir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025