BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da ”Qurani-Kərim”in türkcə ilk tərcümələrində arxaikləşmiş türk mənşəli dini sözlər araşdırılıb

            BDU-da ”Qurani-Kərim”in türkcə ilk tərcümələrində arxaikləşmiş türk mənşəli dini sözlər araşdırılıb

            ELM 18 Mart 2025 15:29

            BDU-da ”Qurani-Kərim”in türkcə ilk tərcümələrində arxaikləşmiş türk mənşəli dini sözlər araşdırılıb

            Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasında ””Qurani-Kərim”in türkcə ilk tərcümələrində arxaikləşmiş türk mənşəli dini sözlər” adlı elmi seminar keçirilib.

            Məruzəçi - Türkologiya kafedrasının dosenti Afaq Məmmədova əvvəlcə qədim dövrlərdə türklərin müxtəlif dinlərə münasibətindən və İslam dinini qəbul etmələrindən bəhs edib. Məruzəçi bildirib ki, tədqiqat çərçivəsində sətirarası tərcümə üsulundan istifadə edilərək ”Qurani-Kərim”in Qaraxanlı və Xarəzm türk ədəbi dillərində ilk tərcümələri araşdırılıb. O, müqəddəs kitabın tərcümələrinin lüğət fondunda türk mənşəli sözlərin faktiki zənginliyi, sözlərin dilin leksik-semantik sistemindəki çoxşaxəliliyi, söz yaradıcılığı, yeni sözyaratma strategiyası, tərcümələrdə bir ərəb sözünün qarşılığı kimi bəzən iki müxtəlif türk mənşəli sözün yazılması haqqında məlumat verərək, həmin dövrdə türkcənin geniş imkanlara sahib olduğunu vurğulayıb.

            Afaq Məmmədova həmin tərcümələrdə xeyli sayda türkcə dini terminlərin işlədildiyini, lakin zamanla bu terminlərin arxaikləşərək, ərəb və fars mənşəli sözlərlə əvəz olunduğunu diqqətə çatdırıb. O, bu terminlərin əsasən üç istiqamətdə özünü göstərdiyinə dair konkret nümunələr təqdim edib. Birinci istiqamətə görə, müxtəlif din və inanclara etiqad edən türklərin istifadə etdikləri terminlər İslam dininə uyğunlaşdırılıb. Məsələn, "yazuk" (günah), "tamu" (cəhənnəm), "uçmak" (cənnət) kimi sözlər bu kateqoriyaya daxildir. İkinci istiqamətə əsasən, qədim türk dilində ifadə etdikləri mənalardan əlavə, yeni semantikada işlənən, yəni anlam genişləməsinə məruz qalan sözlər var. Bunlara "arığ" (günahsız), "bəlgü" (ayət), "boğazla" (qurban kəsmək), "yaman" (günahkar, haram) kimi nümunələr daxildir. Üçüncü istiqamət isə morfoloji ya da sintaktik yolla yaranan yeni dini terminlərlə bağlıdır. Bu, dilin daxili imkanları nəticəsində formalaşan terminlərdir, məsələn, "bütməgən" (kafir), "inanğan" (mömün), "oquğ" (dua), "yunuğ" (dəstəmaz), "uluq yunuq" (qüsul) kimi sözlər buna misaldır.

            Seminarın sonunda kafedra müdiri, professor Məhərrəm Məmmədov, dosentlər Sevda Sadıqova, Kəmalə Nəcəfova və digər iştirakçılar mövzu ilə bağlı fikir mübadiləsi aparıblar. Qeyd edilib ki, bu mövzu ilk dəfə sistemli və əhatəli şəkildə elmi araşdırmaya cəlb edilib.

            BDU-da ”Qurani-Kərim”in türkcə ilk tərcümələrində arxaikləşmiş türk mənşəli dini sözlər araşdırılıb
            BDU-da ”Qurani-Kərim”in türkcə ilk tərcümələrində arxaikləşmiş türk mənşəli dini sözlər araşdırılıb
            ELM

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025