BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsinin hazırlanması” layihəsinə dair metodoloji müzakirələr keçirilib

            BDU-da “Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsinin hazırlanması” layihəsinə dair metodoloji müzakirələr keçirilib

            ELM 29 Avqust 2025 15:36

            BDU-da “Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsinin hazırlanması” layihəsinə dair metodoloji müzakirələr keçirilib

            Bakı Dövlət Universitetində (BDU) Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü, BDU, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi, “Letgen Biotechnology” və “Bayramlı Group” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilən “Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsinin hazırlanması” layihəsinə dair metodoloji müzakirələrlə bağlı görüş keçirilib.

            Açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev layihənin milli və elmi əhəmiyyətindən danışaraq, BDU-nun bu təşəbbüsə göstərdiyi dəstəyin strateji xarakter daşıdığını qeyd edib. Bildirib ki, universitet alim və tədqiqatçılarının bu prosesdə iştirakı ölkənin elmi potensialını gücləndirir və layihənin nəticələri həm milli, həm də beynəlxalq əməkdaşlıqlar üçün yeni imkanlar yaradacaq.

            Kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev çıxışında dövlət və özəl sektor tərəfdaşlığının əhəmiyyətindən danışıb. Layihənin yalnız elmi nəticələri ilə deyil, həm də dövlət qurumları, universitetlər və özəl şirkətlər arasında qurulan əməkdaşlıq modeli ilə seçildiyini və bu yanaşmanın aqrar sektorda innovativ texnologiyaların tətbiqini daha da sürətləndirəcəyin  bildirib.

            FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat layihənin beynəlxalq təsirindən söz açaraq, Qarabağ və Dilbaz at cinslərinin genetik xəritələndirilməsinin təkcə milli deyil, həm də qlobal əhəmiyyət daşıdığını deyib. Qeyd edib ki, layihənin nəticələrinin beynəlxalq elmi bazalarda paylaşılması Azərbaycanın dünya elmi ictimaiyyətində mövqeyini möhkəmləndirəcək və genetik irsin qorunmasına qlobal səviyyədə töhfə verəcək.

            “Bayramlı Group” şirkətinin Elmi Araşdırmalar departamentinin müdiri Dürdanə Rəcili layihənin məqsədləri, ilkin mərhələdə görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə edib. O, xüsusilə Qarabağ və Dilbaz atlarından bioloji nümunələrin (qan və tük) toplanması, onların DNT izolyasiyası və ilkin analizlərin aparılması prosesinə diqqət çəkib. Eyni zamanda layihədə istifadə ediləcək metodologiyanın elmi əsasları barədə geniş təqdimatla çıxış edib.

            Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin “Heyvandarlığın təşkili və monitorinqi” şöbəsinin müdiri Bayandur Rzayev, Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru, akademik İradə Hüseynova, FAO nümayəndələri, Nazirliyin müxtəlif qurumlarının təmsilçiləri, Baytarlıq Elmi Tədqiqat İnstitutu əməkdaşları və BDU-nun professor-müəllim heyəti iştirak edib.

            Müzakirə sessiyasında qonaqlar layihənin metodologiyası ilə bağlı fikir və təkliflərini səsləndirərək gedişat üzrə elmi müzakirələr aparıblar. Layihənin ekspertləri – KTN Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova və ADA Universitetinin dosenti Asəf Ömərov təqdim edilən metodoloji yanaşmalara dair elmi rəylərini bölüşüblər.

            Qeyd edək ki, tədbirdə Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri də onlayn formada iştirak ediblər. Onlar nümunə toplanması mərhələsində layihə komandasına dəstək göstərərək öz təcrübə və tövsiyələrini paylaşıblar.

            Sonda BDU rektorunun strateji inkişaf və əlaqələr üzrə müşaviri Xalid Bayramlı layihənin yalnız elmi nəticələrinə görə deyil, həm də milli-mədəni irsimizin qorunması baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, Qarabağ və Dilbaz at cinslərinin genetik xəritələndirilməsi Azərbaycanın zəngin irsinin gələcək nəsillərə ötürülməsi və qlobal elmi ictimaiyyətə inteqrasiyası üçün mühüm rol oynayacaq.

            ELM

            Son XƏBƏRLƏR

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            03.02.2026 | 12:01

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025