BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da professor Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib

            BDU-da professor Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib

            ELM 16 Aprel 2026 16:53

            BDU-da professor Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə görkəmli alim, professor Məmmədəli Novruzovun (Qıpçaq) anadan olmasının 70 illik yubileyinə həsr olunmuş “Məmmədəli Qıpçağın türkoloji fəaliyyəti” mövzusunda elmi seminar keçirilib.

            BDU-nun Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov Məmmədəli Qıpçağın bütün həyatını elmə və Universitetə həsr etmiş fədakar alimlərdən olduğunu bildirib. O qeyd edib ki, zəhmətkeşliyi və yüksək elmi məhsuldarlığı ilə seçilən alim türkologiyanın inkişafına mühüm töhfələr verib. O, türkologiyanın ümumi nəzəri problemləri, qədim türk abidələri, müasir türk dillərinin fonetk, leksik və qrammatik quruluşu, türk əlifbaları sahələrində tədqiqat işi aparıb. 70-ə yaxın elmi, 500-ə yaxın elmi-kütləvi məqalənin, 4 monoqrafiya və 2 kitabın müəllifi olub. Onun əlyazmaları və tələbələrə oxuduğu mühazirələr dosent Afaq Məmmədova tərəfindən toplanaraq kitab halında tərtib edilib.

            Seminarda BDU-nun Türkologiya kafedrasının dosenti Afaq Məmmədova Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə dair məruzə edib. Məruzədə alimin zəngin elmi irsi, türkoloji tədqiqatlara verdiyi töhfələr və qədim türk yazılı abidələri üzərində apardığı araşdırmalar ətraflı şəkildə təqdim olunub.

            Dosent Afaq Məmmədova bildirib ki, Məmmədəli Qıpçaq türk dillərinin tarixi inkişaf mərhələlərini sistemli şəkildə araşdıraraq bu sahədə mühüm nəzəri nəticələr əldə edib: “Alimin tədqiqatları göstərir ki, türk dillərinin struktur xüsusiyyətləri yalnız müasir dil faktları ilə deyil, qədim yazılı abidələrin dərindən təhlili ilə daha aydın şəkildə izah olunur. Məmmədəli Qıpçaq Orxon-Yenisey abidələrinin mətnləri və digər qədim yazılı mənbələr əsasında mürəkkəb sayların yaranma modellərini elmi əsaslarla izah edib. Alimin “Kitabi-Dədə Qorqud” üzərində apardığı araşdırmalar yalnız dilçilik deyil, həm də mədəni-tarixi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu əsər üzərində aparılan tədqiqatlar Türk dünyasının düşüncə tərzini, leksik zənginliyini və semantik inkişafını anlamağa imkan verir”.

            Afaq Məmmədova alimin türk mənşəli sözlərin leksik xüsusiyyətlərinə dair 20-yə yaxın elmi məqalənin müəllifi olduğunu, bu elmi irsin hazırda da aktuallığını qoruduğunu və gənc tədqiqatçılar üçün etibarlı elmi baza rolunu oynadığını xüsusi vurğulayıb.

            Filologiya fakültəsinin dekanı Elçin Məmmədov, professorlar Elbrus Əzizov, Tofiq Hacıyev və Qızılgül Abdullayeva çıxışlarında Məmmədəli Qıpçağın zəngin elmi irsini və türkologiya sahəsinə verdiyi töhfələri yüksək qiymətləndirib, bunun gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd ediblər.

            Seminarın sonunda alimin nəşr olunan “Türk dillərinin tarixi və quruluşu” kitabı ilə bağlı fikir mübadiləsi aparılıb.

            BDU-da professor Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib
            BDU-da professor Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib
            BDU-da professor Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib
            BDU-da professor Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib
            BDU-da professor Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib
            BDU-da professor Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib
            BDU-da professor Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib
            ELM

            Son XƏBƏRLƏR

            16.04.2026 | 17:38

            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”nin ilk görüşü

            16.04.2026 | 16:57

            “Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – Elmi seminar

            16.04.2026 | 15:47

            BDU-da elmi seminar: “Fiziki vakuum haqqında”

            16.04.2026 | 13:56

            BDU tələbələri işğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin vəziyyəti ilə bağlı məlumatlandırılıb

            16.04.2026 | 13:39

            BDU-da “Molla Nəsrədiin” jurnalının 120 illik yubileyi qeyd olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025