BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu keçirilir

            BDU-da III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu keçirilir

            ELM 28 Noyabr 2024 15:27

            BDU-da III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu keçirilir

            Bakı Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “İnformasiya menecmenti və davamlı inkişaf” mövzusunda III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu öz işinə başlayıb. Simpozium Bakı Dövlət Universiteti, Türkiyənin Bartın Universiteti, Çankırı Karatekin Universiteti, Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

            Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, türk dünyası şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

            Simpoziumun Azərbaycan tərəfdən həmsədri, BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, 1919-cu il sentyabrın 1-də əsası qoyulan Universitet təkcə Azərbaycanda elmin və təhsilin əsas mərkəzi deyil, həm də milli ictimai fikrin formalaşmasında və inkişafında mühüm rol oynayan məbəddir. Xarici nüfuzlu universitetlərlə ortaq layihələrin həyata keçirilməsinə xüsusi önəm verən BDU-nun beynəlxalq əməkdaşlığında qardaş Türkiyə Respublikası ilə əlaqələr aparıcı yer tutur. Son 3 ildə BDU Türkiyənin 30-dan artıq tanınmış universiteti ilə ən müxtəlif istiqamətləri əhatə edən memorandumlar imzalayıb. Bu gün öz işinə başlayan və iki gün davam edəcək III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu da qarşılıqlı əlaqələrimizə öz töhfələrini verəcək.

            Əliş Ağamirzəyev vurğulayıb ki, Türkiyədə kitabxanaçılıq və informasiya fəaliyyəti, muzey, arxiv işi ixtisasları üzrə kadr hazırlayan universitetlər tərəfindən keçirilən nüfuzlu Simpoziuma ilk dəfə 2022-ci ildə Bartın Universiteti, 2023-cü ildə isə Çankırı Karatekin Universiteti ev sahibliyi edib. Hər iki simpoziumda həmtəşkilatçı olan BDU bu il mötəbər tədbirə ev sahibliyi edir. Həmtəşkilatçı universitetlərlə yanaşı, Türkiyənin digər nüfuzlu universitetləri, o cümlədən Ankara, Hacettepe, İstanbul, Mərmərə, Atatürk, İstanbul 29 Mayıs universitetləri də Simpoziumun təşkilinə dəstək verib. Simpoziumun məqsədi müvafiq ixtisaslar üzrə kadr hazırlayan universitetlərlə birlikdə sahə üzrə prioritet istiqamətləri müəyyənləşdirmək, akademik fəaliyyəti və elmi tədqiqatları əlaqələndirməyə xidmət etməkdir.

            Simpoziumun Türkiyə tərəfdən həmsədri, Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün rəhbəri Ahmet Altay iki qardaş ölkənin informasiya və sənəd menecmenti sahəsində işbirliyinin faydalı olacağına əminliyini bildirib, tədbirin işinə uğurlar arzulayıb.

            Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov, Kastamonu Universiteti, Çankırı Karatekin Universiteti, Atatürk Universiteti, İstanbul 29 Mayıs Universitetinin İnformasiya və sənəd menecmenti bölümlərinin rəhbərləri Hasan Sacit Keseroğlu, Coşkun Polat, Dündar Alıkılıç, Berrin Balkaş Yılmaz, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov çıxışlarında Simpoziumun Azərbaycan və Türkiyənin elm, təhsil, mədəniyyət sahələrində əlaqələrinə mühüm töhfə verəcəyini bildiriblər. Qeyd olunub ki, Simpoziumda sənəd menecmenti, informasiya logistikası, müəlliflik hüquqları və əlaqəli hüquqlar, kitabxana-informasiya fəaliyyəti, muzey, arxiv işi və s. kimi mühüm istiqamətlərdə tədqiqatlar təqdim olunacaq.

            Simpoziumun plenar iclasında BDU-nun dosenti Pərviz Kazimi “Yaşıl kitabxana konsepsiyası”,  Kastamonu Universitetinin dosenti Güler Demir “Davamlı inkişaf və yaşıl kitabxanalar” mövzularında məruzə ediblər.

            Simpoziumda ümumilikdə Azərbaycan, Türkiyə və Özbəkistanın 17 universitetini təmsil edən nüfuzlu alimlər, professorlar, gənc tədqiqatçılar, həmçinin Türkiyə Milli Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Türkiyənin bir sıra bələdiyyə kitabxanalarının, ölkəmizin kitabxana və muzeylərinin əməkdaşları 60-a yaxın məruzə edəcəklər.

            BDU-da III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu keçirilir
            BDU-da III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu keçirilir
            BDU-da III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu keçirilir
            BDU-da III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu keçirilir
            BDU-da III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu keçirilir
            BDU-da III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu keçirilir
            BDU-da III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu keçirilir
            BDU-da III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu keçirilir
            BDU-da III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu keçirilir
            BDU-da III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu keçirilir
            BDU-da III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu keçirilir
            BDU-da III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu keçirilir
            BDU-da III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu keçirilir
            ELM

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025