BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da görkəmli türkoloq alim Rüfət Rüstəmovun 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı

            BDU-da görkəmli türkoloq alim Rüfət Rüstəmovun 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı

            ELM 28 Noyabr 2025 15:42

            BDU-da görkəmli türkoloq alim Rüfət Rüstəmovun 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı

            Bakı Dövlət Universitetində (BDU) görkəmli türkoloq alim, professor Rüfət Rüstəmovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Müasir türk dünyası: şərqşünaslıq araşdırmalarında yeni elmi yanaşmalar” mövzusunda Respublika elmi konfransı keçirilir.

            Konfransın açılış mərasimində çıxış edən rektor Elçin Babayev BDU-nun öz korifey alimləri ilə fəxr etdiyini, ən köklü fakültələrdən olan Şərqşünaslıq fakültəsinin həm Azərbaycanda, həm də beynəlxalq aləmdə böyük nufuza sahib olduğunu bildirib. O qeyd edib ki, professor Rüfət Rüstəmov Azərbaycanın tanınmış türkoloqlar nəslinin ən görkəmli nümayəndələrindəndir. Fəaliyyətini BDU-nun Şərqşünaslıq fakültəsi, Türk filologiyası kafedrası ilə bağlayan Rüfət Rüstəmov məhsuldar alim, pedaqoq, vətənpərvər ziyalı kimi türk dilçiliyi sahəsində peşəkar kadrların yetişməsində mühüm rol oynayıb: “Bu gün daha da güclənməkdə olan türk dünyasına Rüfət Rüstəmov kimi alimlərin verəcəyi çox töhfələr var. Sevindirici haldır ki, konfransda digər ali təhsil müəssisələri, elmi təşkilatlardan da nümayəndələr iştirak edirlər. Əminəm ki, bu konfransda müzakirə olunan məsələlər türk dünyasının daha da güclənməsinə xidmət edəcək”.

            BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev professor Rüfət Rüstəmovun ictimai fəaliyyəti və vətəndaş mövqeyinin daim nümunə olduğunu bildirib: “Professor Rüfət Rüstəmov BDU-da Türk filologiyası kafedrasının əsasını qoyub və həmin vaxtdan da ona rəhbərlik edir. Onun nümayəndəsi olduğu nəsil torpaqlarımızın azadlığı uğrunda dörd şəhid verib. Rüfət Rüstəmovun elmi və publisistik əsərlərində vətəndaş mövqeyi daim öndə olub”. Əliş Ağamirzəyev diqqətə çatdırıb ki, BDU son illər türkdilli ölkələrin ali məktəbləri, Beynəlxalq Türk Akademiyası ilə əlaqələri daha da gücləndirib. Türkoloji qurultayın 100 illik yubileyinin qeyd olunması ərəfəsində türk dünyasında gedən tendensiyalara dair araşdırma və müzakirələrin aparıldığı konfransın keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

            Sonra professor Rüfət Rüstəmova həsr olunmuş videoçarx nümayiş olunub.

            Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan professor Rüfət Rüstəmovun həyatı və fəaliyyəti ilə bağlı məruzə edib. O bildirib ki, Rüfət Rüstəmov Azərbaycanda türk dili üzrə ilk elmlər doktoru və professordur. Görkəmli alimin indiyədək 14 monoqrafiya, dərslik və dərs vəsaiti, 130-dan çox elmi məqalə və tezisi çapdan çıxıb. Professor Rüfət Rüstəmov respublikada ilk “Türk dili” dərsliyinin, türkologiya üzrə çoxsaylı kitab və dərsliklərin müəllifi və həmmüəllifidir. O, həmçinin Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələrinin daha da möhkəmlənməsi və inkişafında fəal iştirak edir. Rüfət Rüstəmov publisistik yazıları ilə də geniş oxucu kütləsinin rəğbətini qazanıb.  Onun “Bu dağlardan bir Cahangir keçdi”, “Alın yazısı”, “Tağılar Usufu”, “Bir nəslin manifesti”, “At da muraddı”, “Köç”, “Milli qəhrəmanın tale romanı” kimi kitabları işıq üzü görüb.

            Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, millət vəkili, professor Jalə Əliyeva, Milli Arxiv İdarəsinin rəisi, professor Əsgər Rəsulov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müdiri, professor Vüqar Qaradağlı çıxışlarında görkəmli alimin türkologiya, türk filologiyası elmlərinin inkişafında xidmətlərindən danışıb, konfransın işinə uğurlar arzulayıblar.

            Sonda söz yubilyara verilib. Professor Rüfət Rüstəmov konfransın yüksək səviyyədə təşkilinə və elmi-pedaqoji fəaliyyətinə verilən dəyərə görə minnətdarlığını bildirib, bütün ömrünün BDU ilə bağlı olmasından, daim Vətənə, xalqa xidmət etməsindən qürur duyduğunu vurğulayıb.

            Konfrans bölmə iclasları ilə davam edir.

            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025