BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilir

            BDU-da “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilir

            ELM 27 Noyabr 2025 13:53

            BDU-da “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilir

            Bakı Dövlət Universiteti (BDU), Türkiyənin Orta Doğu Texniki Universiteti, Ankara Universiteti, Qazi Universiteti, Ege Universiteti və Kocaeli Universiteti, Çinin Anhui Universiteti, Moldovanın Moldova Dövlət Universitetinin Tətbiqi Fizika İnstitutu, ABŞ-nin “Case Western Reserve” Universiteti, Pakistanın COMSATS Universiteti və Lahor Universiteti, Macarıstanın Zeqed Universiteti, Rumıniyanın Milli Materiallar Fizikası İnstitutunun birgə təşkilatçılığı ilə “Fizikada müasir trendlər” (“Modern Trends in Physics”) mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilir.

            Açılış mərasimində çıxış edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov bildirib ki, konfransın Vətən müharibəsində şanlı Zəfərimizin 5 illik yubileyinə və “Konstitusiya və Suverenlik İli”nə təsadüf etməsi onu daha da yaddaqalan edir. Prorektor qeyd edib ki, 2009-cu ildən başlayaraq iki ildən bir keçirilən konfransın əhatə dairəsi ildən-ilə genişlənməkdədir. Builki konfransda Azərbaycan, Türkiyə, ABŞ, Rumıniya, İtaliya, Macarıstan, Birləşmiş Ərəf Əmirlikləri, Özbəkistan, Qazaxıstan, Pakistan, Moldova və s. ölkələr daxil olmaqla 21 ölkə təmsil olunur. Konfransa 300-dən çox məruzə təqdim olunub: “Fəaliyyət göstərdiyi illər ərzində BDU daim öz elmi məktəbləri ilə fəxr edib. BDU-nun beş əsas elmi prioritetindən biri də fizika elmi üzrədir. Konfransın əvvəlki illərdə olduğu kimi, gənc tədqiqatçı və alimlər üçün yeni platformalar formalaşdıracağına, mühüm elmi prioritetlər müəyyən edəcəyinə, fizika üzrə beynəlxalq əməkdaşlıq əlaqələrini daha da genişləndirəcəyinə inanırıq”.

            Sonra BDU haqqında videoçarx nümayiş olunub.

            Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, BDU Azərbaycanda uzun illər ərzində formalaşan fundamental elmlər üzrə elmi məktəblərin əsas daşıyıcısıdır. Bu cür konfransların keçirilməsi fizika üzrə daha çox beynəlxalq əməkdaşlıq əlaqələrinin yaranmasına, müxtəlif ölkələrdən olan alimləri bir araya gətirməklə yeni tədqiqat istiqamətlərinin yaranmasına səbəb olur: “Cəmiyyətin inkişafının yeganə yolu elmdən, onun transformasiyasından, gündəlik həyata və iqtisadiyyata təsirindən keçir. Elmi tədqiqatlara daha çox önəm vermək, yüksək elmi nəticələri olan alimlərin təşviq olunması, gənclərin elmi tədqiqatlara cəlbinin müxtəlif müxanizmlərinin hazırlanması Elm və Təhsil Nazirliyinin əsas prioritetlərindəndir”.

            Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov, Türkiyənin Bilkənd Universitetinin professoru Əmirulla Məmmədov, İtaliyanın Milli Nüvə Fizikası İnstitutunun Fraskati Milli Laboratoriyasının müdiri,  Rumıniyanın Materiallar Fizikası Milli İnstitutunun professoru Stefano Belluçi, Türkiyənin Qazi Universitetinin professoru Şəmsəddin Altındal, Pakistanın Lahor Universitetinin Fizika fakültəsinin dekanı, professor Muhammad İftikhar Khan, Ankara Universitetinin professoru İman Əsgərbəyli, İstanbul Beykent Universitetinin professoru Ümit Deniz Göker, Moldova Dövlət Universitetinin Tətbiqi Fizika İnstitutunun Elmi katibi Aleksey Meşalkin, Pakistanın Marian Universitetinin professoru Muhammad Ajaz çıxışlarında fizikanın müxtəlif sahələrinin inkişafında müasir tendensiyaları qeyd edib, konfransın işinə uğurlar arzulayıblar.

            Konfrans öz işini bölmə iclasları ilə davam etdirir.

            BDU-da “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilir
            BDU-da “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilir
            BDU-da “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilir
            BDU-da “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilir
            BDU-da “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilir
            BDU-da “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilir
            BDU-da “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilir
            BDU-da “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilir
            BDU-da “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilir
            BDU-da “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilir
            BDU-da “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilir
            BDU-da “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilir
            BDU-da “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilir
            BDU-da “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilir
            BDU-da “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilir
            ELM

            Son XƏBƏRLƏR

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            03.02.2026 | 12:01

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

            03.02.2026 | 11:32

            BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş

            03.02.2026 | 10:54

            VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025