BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da elmi seminar: “Azərbaycan sovet mətbuatında I Türkoloji Qurultay materialları”

            BDU-da elmi seminar: “Azərbaycan sovet mətbuatında I Türkoloji Qurultay materialları”

            ELM 23 Fevral 2026 16:47

            BDU-da elmi seminar: “Azərbaycan sovet mətbuatında I Türkoloji Qurultay materialları”

            Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş “Azərbaycan sovet mətbuatında I Türkoloji Qurultay materialları” mövzusunda elmi seminar təşkil olunub.

            Seminarda BDU-nun Milli mətbuat tarixi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı məruzə ilə çıxış edib. Məruzəçi I Türkoloji Qurultayın həm tarixi, həm də mətbuat kontekstində əhəmiyyətindən danışıb. Qurultayın türk xalqlarının ortaq dil, əlifba və terminologiya məsələlərinin müzakirə olunduğu mühüm elmi-siyasi platforma olduğunu bildirib. Qeyd olunub ki, bu proses Azərbaycan mətbuatında geniş şəkildə işıqlandırılıb.

            Akif Aşırlı vurğulayıb ki, mənbələrdə qurultay müxtəlif adlarla təqdim edilsə də, mətbuat materiallarının böyük əksəriyyətində “Birinci Türkoloji Qurultay” ifadəsi işlədilib. Həmçinin Bakı şəhərinin həmin dövrdə türkoloji fikrin mərkəzi kimi çıxış etməsi bir sıra yazılarda xüsusi qeyd olunub.

            Seminarda bildirilib ki, qurultayın əsas müzakirə mövzusu ərəb əlifbasının islahı və latın qrafikalı əlifbaya keçid məsələsi olub. Bununla yanaşı, ortaq türk terminologiyasının formalaşdırılması, ümumi türk tarixi və etnoqrafiyasının öyrənilməsi də gündəmdə yer alıb. Məruzəçi əlifba islahatı ideyasının Azərbaycan maarifçilik tarixində daha əvvəl Mirzə Fətəli Axundzadə tərəfindən irəli sürüldüyünü xatırladıb.

            Araşdırmalarda istifadə olunan əsas mətbuat orqanları sırasında “Yeni yol”, “İşıq yol”, “Maarif və mədəniyyət”, “Yeni fikir” və “Kommunist” qəzetlərinin olduğu diqqətə çatdırılıb. Xüsusilə Tiflisdə nəşr olunan “Yeni fikir” qəzetində yeni türk əlifbasına keçid komissiyasının fəaliyyəti ilə bağlı materialların dərc edildiyi bildirilib.

            Çıxışda qurultayda iştirak edən nümayəndələr haqqında da məlumat verilib. Qeyd olunub ki, Türkiyədən professor Mehmet Fuat Köprülü və türkçülük ideologiyasının görkəmli nümayəndəsi, “Füyuzat” məktəbinin banilərindən Əli bəy Hüseynzadə qurultayda iştirak ediblər. Onların əlifba məsələsində ehtiyatlı və diplomatik mövqe sərgiləmələri mətbuat materiallarında əksini tapıb. Sonradan Türkiyədə Mustafa Kamal Atatürk tərəfindən latın qrafikasına keçidin reallaşdırıldığı xatırladılıb.

            Seminarda 1926-cı ildə rus dilində çap olunmuş stenoqram materialları ilə qəzet yazıları arasındakı fərqlər də diqqətə çatdırılıb. Bildirilib ki, bəzi nümayəndələr, xüsusilə Orta Asiyadan olan iştirakçılar ərəb əlifbasının islahı prosesinin yarımçıq qalacağı ilə bağlı narahatlıqlarını ifadə ediblər.

            Seminarın sonunda vurğulanıb ki, I Türkoloji Bakı Qurultayı təkcə əlifba dəyişikliyi ilə məhdudlaşmayıb, türk xalqlarının ortaq kimlik, dil və mədəni birlik istiqamətində atdığı mühüm tarixi addım olub.

            Tədbir müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.

            BDU-da elmi seminar: “Azərbaycan sovet mətbuatında I Türkoloji Qurultay materialları”
            BDU-da elmi seminar: “Azərbaycan sovet mətbuatında I Türkoloji Qurultay materialları”
            BDU-da elmi seminar: “Azərbaycan sovet mətbuatında I Türkoloji Qurultay materialları”
            ELM

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025