BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da BMT-nin 80 illik yubileyinə həsr olunmuş “Gələcəyin Gənclər Dialoqu” adlı tədbir keçirilib

            BDU-da BMT-nin 80 illik yubileyinə həsr olunmuş “Gələcəyin Gənclər Dialoqu” adlı tədbir keçirilib

            BEYNƏLMİLƏLLƏŞMƏ 13 Oktyabr 2025 17:06

            BDU-da BMT-nin 80 illik yubileyinə həsr olunmuş “Gələcəyin Gənclər Dialoqu” adlı tədbir keçirilib

            Bakı Dövlət Universitetində (BDU) Birləşmiş Millətlər Təşkilatının (BMT) 80 illik yubileyinə həsr olunmuş “Gələcəyin Gənclər Dialoqu” adlı tədbir keçirilib.

            Tədbirin açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev qeyd edib ki, BMT yarandığı gündən qlobal sülhün, təhlükəsizliyin, insan hüquqlarının və davamlı inkişafın simvolu olaraq dünya birliyinə xidmət edir: “Müstəqilliyimizin ilk illərindən etibarən Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursunun əsas istiqamətlərindən biri ədalət prinsipləri əsasında BMT ilə çoxşaxəli əməkdaşlığın inkişafı olub. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizin humanitar, elmi, iqlim və dayanıqlı inkişaf sahələrində beynəlxalq nüfuzunu artırır. Azərbaycan-BMT əməkdaşlığı sülh və təhlükəsizlik, dayanıqlı inkişaf və insan hüquqları istiqamətlərində inkişaf etdirilir. Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun müxtəlif layihələr həyata keçirir, sosial-iqtisadi inkişaf, humanitar yardım və elmi təşəbbüslərdə fəal iştirak edir. Bakı Dövlət Universiteti Azərbaycanın bu strateji siyasətini tədris, tədqiqat və ictimai fəaliyyətlərdə dəstəkləyir. Universitetin təşkil etdiyi tədbirlər tələbələri və gənc alimləri beynəlxalq müzakirələrə cəlb edir və onları qlobal problemlərin həllinə hazırlaşdırır. "Model BMT" və "Gənclərin Dayanıqlı İnkişaf Forumları" çərçivəsində tələbələr BMT strukturlarının işini öyrənir, humanitar və ekoloji məsələlər üzrə simulyasiya müzakirələrində iştirak edir və real qərar qəbul etmə proseslərini təcrübədən keçirirlər. Universitetin təşkil etdiyi "Baku Climate Science Conference" tədbiri COP29 çərçivəsində keçirilib, BDU alimləri və tələbələri iqlim dəyişikliyi, ekoloji dayanıqlıq və davamlı inkişaf sahəsində BMT-nin məqsədlərinə uyğun layihələr təqdim ediblər. Bu tədbir həm ölkəmizin BMT ilə əməkdaşlığını gücləndirib, həm də gənc alimlər üçün beynəlxalq müzakirələrdə təcrübə qazandırıb”.

            Rektor vurğulayıb ki, son illərdə BDU BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyətini sistemli şəkildə gücləndirib. Bunun bariz göstəricisi kimi, Universitet 2025-ci ildə “Times Higher Education” (THE) reytinqində 401-600 aralığına yüksələrək, əvvəlki 1001-1500 mövqeyindən əhəmiyyətli irəliləyiş əldə edib. Bu nailiyyət BDU-nun davamlı inkişaf, sosial məsuliyyət və qlobal tərəfdaşlıq prinsiplərinə sadiqliyini nümayiş etdirir: “BDU artıq 17 DİM-dən 15-ni əhatə edən layihələrlə qlobal miqyasda tanınıb. Universitet dörd istiqamət üzrə (“Yoxsulluğa son”, “Keyfiyyətli təhsil”, “Gender bərabərliyi” və “Bərabərsizliyin azaldılması”) dünyanın ən yaxşı 100 universiteti sırasına daxil olub. Eyni zamanda, “QS World University Rankings: Sustainability 2025” nəticələrinə əsasən, 2024-cü il noyabrın 18-də COP29 çərçivəsində Bakıda rəsmi şəkildə təqdim olunan hesabatda BDU Azərbaycan üzrə lider mövqe qazanıb. Universitet əvvəlki illə müqayisədə 345-dən çox pillə irəliləyərək, 941-950 qlobal intervalında qərarlaşıb və TOP-1000-ə daxil olan yeganə Azərbaycan ali təhsil müəssisəsi olub. Bu göstəricilər BDU-nun iqlim fəaliyyəti, innovasiya, elmi tədqiqat və sosial əməkdaşlıq sahələrində beynəlxalq nüfuzunun artdığını nümayiş etdirir. Bu irəliləyişlər təsadüfi deyil, son illərdə Universitetdə yaşıl kampus təşəbbüsləri – “Ekoməkan”, “Tələbə məkanı”, “Ekoenerji” alternativ enerji məntəqəsi qurulub, hazırda iqlim diplomatiyası üzrə tədqiqatlar, sosial inklüzivlik proqramları həyata keçirilir. BDU bu sahədə BMT-nin Azərbaycan nümayəndəliyi ilə sıx əməkdaşlıq edir”.

            BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Azərbaycanın milli, elmi tərəqqisinə böyük töhfələr verən BDU-da BMT-nin 80 illik yubiley tədbirinin keçirilməsinə görə təşəkkür edib. O bildirib ki, fəaliyyət göstərdiyi dövr ərzində BMT dünyada sülhün qorunması, millətlər arasında əməkdaşlığı təşviq, qlobal problemləri həll etmək üçün fəaliyyət göstərib: “BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi dünya ölkələrinin gələcəyi üçün hazırlanan ortaq gündəliyimizdir. Bunlar yaşıl enerji, yoxsulluğa son qoyulması, təhsilə, səhiyyəyə çıxış, iqlim dəyişmələri ilə mübarizə, inklüziv inkişaf kimi çox vacib məsələləri əhatə edir. Bunların həlli üçün gənclərin dialoqu çox vacibdir. DİM-lərin həyata keçirilməsi təkcə hökumətlərin deyil, xalqların, universitetlərin, icmaların üzərinə də böyük məsuliyyət qoyur. BDU Azərbaycanda alimlərin, siyasətçilərin, hüquqşünasların, icma liderlərinin yetişməsində mühüm rol oynayır. Gənclər gələcəyin liderləri olmaqla yanaşı, bu günün əsas tərəfdaşlarıdır, onlarla dialoq bu baxımdan çox vacibdir”.

            İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov isə qeyd edib ki, bütün dünya ölkələrində iqtisadi-sosial-ətraf mühitlə bağlı problemlər qalmaqdadır. Hazırda dünyada 1,3 milyard insan elektrikə və təmiz suya çıxış imkanlarından məhrumdur. 800 milyon insan az qidalanmadan əziyyət çəkir. 400 milyona yaxın insan səhiyyə xidmətlərinə əlçatanlıq problemi yaşayır: “Dayanıqlı İnkişaf Məqsədləri Minilliyin İnkişaf Məqsədlərindən daha qlobal səciyyə daşıması və bütün dünya ölkələrini əhatə etməsi ilə fərqlənir. Azərbaycanda DİM-lərin icrası ilə bağlı dövlət səviyyəsində fəaliyyətə 2016-cı ildən başlanılıb. Bu gün müxtəlif dövlət və özəl qurumların, universitetlərin DİM-ləri öz siyasətlərinə inteqrasiya etməsi çox sevindiricidir”.

            Tədbir "Davamlı gələcək naminə yaşıl keçid, təhsil və sağlamlıq” mövzusunda panel müzakirə ilə davam edib. BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisinin Ofisinin əməkdaşlıq üzrə mütəxəssisi Rəşad Huseynovun moderatorluq etdiyi paneldə Yüksək Səviyyəli İqlim Çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı, "Ekosfera" Sosial Ekoloji Mərkəzinin rəhbəri, BDU-nun dosenti Firuzə Sultan-zadə, BDU əməkdaşı, Gənc İqlim Elçisi Günel Həcəliyeva çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, iqlim dəyişikliyi və onun fəsadları Azərbaycan da daxil olmaqla bütün dünya ölkələrinə təsir edir. İqlim dəyişikliyi ilə mübarizə yalnız hökümətləri deyil, cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir. Gənclər iqlim həllərinin icraçısı kimi deyil, müəllifi kimi çıxış etməlidirlər.  Panel sessiyada “vahid sağlamlıq” anlayışının əhəmiyyəti vurğulanıb. Bunun 7 Dayanıqlı İnkişaf Məqsədini özündə birləşdirdiyi, gənclərin bu prosesə verə biləcəyi töhfələr diqqətə çatdırılıb.

            Sonda tələbələrlə sual-cavab sessiyası təşkil olunub.

            BDU-da BMT-nin 80 illik yubileyinə həsr olunmuş “Gələcəyin Gənclər Dialoqu” adlı tədbir keçirilib
            BDU-da BMT-nin 80 illik yubileyinə həsr olunmuş “Gələcəyin Gənclər Dialoqu” adlı tədbir keçirilib
            BDU-da BMT-nin 80 illik yubileyinə həsr olunmuş “Gələcəyin Gənclər Dialoqu” adlı tədbir keçirilib
            BDU-da BMT-nin 80 illik yubileyinə həsr olunmuş “Gələcəyin Gənclər Dialoqu” adlı tədbir keçirilib
            BDU-da BMT-nin 80 illik yubileyinə həsr olunmuş “Gələcəyin Gənclər Dialoqu” adlı tədbir keçirilib
            BDU-da BMT-nin 80 illik yubileyinə həsr olunmuş “Gələcəyin Gənclər Dialoqu” adlı tədbir keçirilib
            BDU-da BMT-nin 80 illik yubileyinə həsr olunmuş “Gələcəyin Gənclər Dialoqu” adlı tədbir keçirilib
            BDU-da BMT-nin 80 illik yubileyinə həsr olunmuş “Gələcəyin Gənclər Dialoqu” adlı tədbir keçirilib
            BDU-da BMT-nin 80 illik yubileyinə həsr olunmuş “Gələcəyin Gənclər Dialoqu” adlı tədbir keçirilib
            BDU-da BMT-nin 80 illik yubileyinə həsr olunmuş “Gələcəyin Gənclər Dialoqu” adlı tədbir keçirilib
            BDU-da BMT-nin 80 illik yubileyinə həsr olunmuş “Gələcəyin Gənclər Dialoqu” adlı tədbir keçirilib
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            03.02.2026 | 12:01

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

            03.02.2026 | 11:32

            BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş

            03.02.2026 | 10:54

            VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025