BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi sessiya keçirilib

            BDU-da Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi sessiya keçirilib

            ELM 20 Fevral 2026 17:40

            BDU-da Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi sessiya keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilinin saflığının qorunması: qloballaşma dövründə milli kimlik və dil” mövzusunda elmi sessiya keçirilib.

            BDU-nun Filologiya fakültəsinin dekanı Elçin Məmmədov qloballaşma dövründə dillərin üzləşdiyi problemlərdən bəhs edib. O bildirib ki, xalqlar arasında artan qarşılıqlı əlaqə dillərə də təsirsiz ötüşmür. Qərb ölkələrinin təcrübəsinə toxunan dekan Almaniya və Fransa kimi ölkələrin öz dillərinin qorunması və yayılması istiqamətində məqsədyönlü proqramlar həyata keçirdiyini, bununla da qlobal miqyasda yayılan ingilis dilinə qarşı dil siyasəti formalaşdırdıqlarını qeyd edib.

            Dekan Azərbaycan dilinin qorunması və saflığı ilə bağlı Prezident İlham Əliyevin çıxışlarının həm elmi, həm də ictimai müstəvidə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, dilə münasibət ilk növbədə məktəbdən formalaşmalı, daha sonra mətbuat müstəvisində davam etdirilməlidir. Keçirilən elmi sessiya Azərbaycan dilinin saflığının qorunması və inkişafı ilə bağlı təkliflərin irəli sürülməsi baxımından önəmlidir.

            AMEA Folklor İnstitutunun direktoru Hikmət Quliyev isə çıxışında qlobal dövrdə və açıq informasiya mühitində dil üçün təhlükələrin artdığını diqqətə çatdırıb. O bildirib ki, Prezident İlham Əliyev çıxışlarında Azərbaycan ədəbi dilinin və kommunikasiya dilinin qorunmasının vacibliyini daim vurğulayır: “Dil təbii və canlı sistem olaraq təhlükələrə qarşı müqavimət göstərsə də, onun daim qayğıya ehtiyacı var. Dövlət qayğısı olmadan dilin saflığı təhlükə altına düşə, hətta sıradan çıxa bilər. İnternet mühitində yaranan yeni sözlər dilə təsir edir. Dilin qorunması yalnız məktəb və mətbuatla məhdudlaşmamalı, ailə mühitində, şifahi ünsiyyətdə də təmin edilməlidir. Xüsusilə süni intellektin sürətlə inkişaf etdiyi dövrdə Azərbaycan dilinin və ədəbi nümunələrin qorunması vacibdir. Azərbaycan dilinin saflığının qorunması məsələsi daim aktual olaraq qalacaq, bu istiqamətdə elmi müzakirələrin aparılması mühüm əhəmiyyət kəsb edir”.

            Sessiyanın davamında filologiya elmləri doktorları - professor Tofiq Hacıyev, dosent Ağaverdi Xəlil, filologiya üzrə fəlsəfə doktorları - dosent Fikrət Şiriyev, Əpoş Vəliyev və Folklor İnstitutunun böyük elmi işçisi Zəfər Fərhadov məruzə ediblər.

            BDU-da Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi sessiya keçirilib
            BDU-da Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi sessiya keçirilib
            BDU-da Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi sessiya keçirilib
            BDU-da Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi sessiya keçirilib
            BDU-da Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi sessiya keçirilib
            BDU-da Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi sessiya keçirilib
            BDU-da Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi sessiya keçirilib
            BDU-da Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi sessiya keçirilib
            ELM

            Son XƏBƏRLƏR

            20.02.2026 | 01:35

            21 fevral – Beynəlxalq Ana Dili Günüdür

            20.02.2026 | 20:33

            BDU-nun “YENİ Klub”u Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirib

            20.02.2026 | 17:48

            BDU tələbələri arxeobotanika və rəqəmsal arxeologiyaya dair təqdimat ediblər

            20.02.2026 | 17:37

            “Ana dilimiz - toxunulmaz sərvətimiz”

            20.02.2026 | 17:25

            BDU və “Grand-Agro İnvitro” MMC arasında anlaşma memorandumu imzalanıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025