BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Kimya üzrə elm müsabiqəsi”nin nəticələri açıqlanıb

Bakı Dövlət Universitetində (BDU) Kimya elmi sahəsində tədqiqat aparan Universitetin magistrant, doktorant və əməkdaşları arasında keçirilən akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Kimya üzrə elm müsabiqəsi”nin nəticələri açıqlanıb.
Müsabiqə komissiyasının qərarına əsasən, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Ataş Qurbanov l, Üzvi kimya kafedrasının professoru Məlahət Qurbanova və Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri, professor Rasim Alosmanov II, Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri, professor İbrahim Məmmədov isə lll yerə layiq görülüb.
Qeyd edək ki, müsabiqə Kimya elmi sahəsində tədqiqat aparan, 2025-ci ildə yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, beynəlxalq bazalarda indekslənən nüfuzlu nəşrlərdə elmi əsərləri dərc edilmiş, elmi işlərinə istinad olunmuş, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş BDU-nun magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılması məqsədilə keçirilib.