BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da akademik Yusif Məmmədəliyevə həsr olunmuş elmi seminar

            BDU-da akademik Yusif Məmmədəliyevə həsr olunmuş elmi seminar

            ELM 27 Noyabr 2025 11:33

            BDU-da akademik Yusif Məmmədəliyevə həsr olunmuş elmi seminar

            Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində akademik Yusif Məmmədəliyevin anadan olmasının 120-ci ildönümünə həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının müəllimi Əliyusif Məmmədov “Akademik Yusif Məmmədəliyevin irsinə dair elektron biblioqrafik mənbələr” mövzusunda məruzə edib.

            Əliyusif Məmmədov “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında” Prezident İlham Əliyevin 5 iyul 2025-ci il tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb. Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin görkəmli alimin elmi irsinə və parlaq şəxsiyyətinə hər zaman böyük ehtiram göstərdiklərini diqqətə çatdırıb.

            Məruzədə Azərbaycan elminin görkəmli nümayəndəsi, akademik Yusif Məmmədəliyevin zəngin elmi irsinə dair ən müxtəlif sənədlərin rəqəmsallaşdırılması, qorunması və istifadəsinin təşkili məsələləri şərh olunub. Qeyd olunub ki, akademik Yusif Məmmədəliyevin elmi irsinin sistemləşdirilməsi, elektron biblioqrafik mənbələrin yaradılması və onların elmi ictimaiyyət üçün əlyetərliyi xüsusi aktuallıq kəsb edir. Tədqiqatda Azərbaycan Milli Kitabxanası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının görkəmli alimə həsr etdiyi elektron resurslar təhlil olunub, bu resursların gələcək elmi tədqiqatların sistemləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb: “Haqqında bəhs olunan elektron biblioqrafik mənbələr Yusif Məmmədəliyevin akademik fəaliyyətinin bütün aspektlərini, o cümlədən görkəmli alimin kimya elmi sahəsindəki tədqiqatlarını, yaratdığı elmi məktəbin istiqamətlərini,  elmi təşkilatçılıq fəaliyyətini, beynəlxalq elmi əlaqələrini, kadrların yetişdirilməsindəki xidmətlərini əhatə edir və davamlı olaraq təkmilləşdirilir”.

            Tədqiqatda həmçinin dünya təcrübəsində görkəmli alimlərin irsinə dair elektron arxiv və biblioqrafik platformaların fəaliyyətindən nümunələr gətirilib, bir sıra müqayisəli təhlillər aparılıb.

            BDU-da akademik Yusif Məmmədəliyevə həsr olunmuş elmi seminar
            BDU-da akademik Yusif Məmmədəliyevə həsr olunmuş elmi seminar
            ELM

            Son XƏBƏRLƏR

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            03.02.2026 | 12:01

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

            03.02.2026 | 11:32

            BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş

            03.02.2026 | 10:54

            VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025