BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da akademik Yaqub Mahmudovun 85 illik yubileyi qeyd olunub

            BDU-da akademik Yaqub Mahmudovun 85 illik yubileyi qeyd olunub

            SOSİAL 12 Fevral 2024 16:14

            BDU-da akademik Yaqub Mahmudovun 85 illik yubileyi qeyd olunub

            Bakı Dövlət Universitetində (BDU) görkəmli tarixçi alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudovun 85 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

            Konfransı giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev bildirib ki, akademik Yaqub Mahmudovun Azərbaycan tarixinin tədqiqi, öyrənilməsi və ölkəmizdə yüksəkixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm xidmətləri var. Rektor görkəmli alimin 1981-2004-cü illərdə BDU-nun Tarix fakültəsində müxtəlif vəzifələrdə çalışdığını, 17 il AMEA-nın Tarix İnstitutunun direktoru işlədiyini, Azərbaycan tarixinin müxtəlif dövrlərinin öyrənilməsində xüsusi rola malik olduğunu xatırladıb. Qeyd edib ki, Yaqub Mahmudov tarixşünaslıqda ilk dəfə olaraq XV-XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını aşkara çıxarıb, bu sahədə elmə mühüm yeniliklər gətirib. O, diplomatiya tarixi, Azərbaycan və ümumdünya tarixinin ayrı-ayrı dövrlərinə aid çoxsaylı monoqrafiya, dərslik, kitab, dərs vəsaiti, elmi-publisistik məqalələrin müəllifidir. 1991-ci ildən BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri olan Yaqub Mahmudov həmçinin ölkənin tanınmış ictimai-siyasi xadimlərindən biridir. O, dörd çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilib, hazırda Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür. Görkəmli alimin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif olunub.

            Daha sonra Tarix fakültəsinin dekanı İbrahim Zeynalov akademik Yaqub Mahmudovun elmi fəaliyyəti ilə bağlı məruzə edib. O bildirib ki, Yaqub Mahmudov Azərbaycan tarixinin tədqiqində bir çox ilklərə imza atıb. O, totalitar sovet rejiminin tuğyan etdiyi bir zamanda  milli dövlətçilik tariximizin qaranlıq qalan sahələrinə müraciət etməyə başlayıb. Hələ  1966-cı ildə Ağqoyunlu – Bayandurlar dövlətinin Avropa və Asiya dövlətləri ilə geniş əlaqələrə malik olduğunu sübut edib. BDU-nun Tarix fakültəsinin nəzdində bir sıra yeni ixtisasların açılması, “Azərbaycanın maddi-mədəniyyət tarixi”, “Dünya azərbaycanlıları: tarixi demoqrafiyası”, “Tarixi tədqiqatlarda elektron – hesablama maşınları və riyazi üsulların tətbiqi” laboratoriyalarının yaradılması məhz onun adı ilə bağldır. Akademik Yaqub Mahmudovun 1991-1992-ci illərdə “Təhsil haqqında” ilk qanunun hazırlanmasında da xidmətləri böyükdür. “Orta əsrlər tarixi” dərsliyinin yaradılması da onun adı ilə bağlıdır. Həmin dövrdə ilk dəfə olaraq bütün türk dövlətlərinin tarixi “Orta əsrlər tarixi” dərsliyində yer alıb. Görkəmli alim erməni saxtakarlığına qarşı tarixi həqiqətlərin aşkarlanması sahəsində xüsusi xidmətlər göstərib.

            BDU-nun Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasının müdiri Əsməd Muxtarova, Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova, Arxeologiya və etnoqrafiya kafedrasının müdiri Tarix Dostiyev, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri Mehman Abdullayev, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev, Qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru Əmrah Dadaşov, baş müəllimi Sevinc Məmmədova çıxışlarında akademik Yaqub Mahmudovun tarix elmimizi dünya miqyasında layiqincə təmsil etdiyini qeyd ediblər. Çıxışlarda vurğulanıb ki, Yaqub Mahmudov ömrünün yarısından çoxunu Azərbaycan tarixinin araşdırılması və tədrisinə həsr edib. Görkəmli tarixçi hazırda da öz məhsuldar elmi fəaliyyəti ilə tarix elminə əhəmiyyətli töhfələr verməkdədir.

            Sonda söz yubilyara verilib. Akademik Yaqub Mahmudov elmi fəaliyyətinə verilən dəyərə görə Universitet rəhbərliyinə təşəkkürünü bildirib, gənc nəsli tariximizi sevməyə, öyrənməyə və təbliğ etməyə səsləyib.

            BDU-da akademik Yaqub Mahmudovun 85 illik yubileyi qeyd olunub
            BDU-da akademik Yaqub Mahmudovun 85 illik yubileyi qeyd olunub
            BDU-da akademik Yaqub Mahmudovun 85 illik yubileyi qeyd olunub
            BDU-da akademik Yaqub Mahmudovun 85 illik yubileyi qeyd olunub
            BDU-da akademik Yaqub Mahmudovun 85 illik yubileyi qeyd olunub
            BDU-da akademik Yaqub Mahmudovun 85 illik yubileyi qeyd olunub
            BDU-da akademik Yaqub Mahmudovun 85 illik yubileyi qeyd olunub
            BDU-da akademik Yaqub Mahmudovun 85 illik yubileyi qeyd olunub
            BDU-da akademik Yaqub Mahmudovun 85 illik yubileyi qeyd olunub
            BDU-da akademik Yaqub Mahmudovun 85 illik yubileyi qeyd olunub
            BDU-da akademik Yaqub Mahmudovun 85 illik yubileyi qeyd olunub
            BDU-da akademik Yaqub Mahmudovun 85 illik yubileyi qeyd olunub
            BDU-da akademik Yaqub Mahmudovun 85 illik yubileyi qeyd olunub
            SOSİAL

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025