BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “44 günlük Vətən müharibəsi Böyük Britaniya mətbuatında” mövzusunda elmi seminar

            BDU-da “44 günlük Vətən müharibəsi Böyük Britaniya mətbuatında” mövzusunda elmi seminar

            ELM 13 Mart 2026 16:20

            BDU-da “44 günlük Vətən müharibəsi Böyük Britaniya mətbuatında” mövzusunda elmi seminar

            Bakı Dövlət Universitetinin(BDU) Tarix fakültəsində “44 günlük Vətən müharibəsi Böyük Britaniya mətbuatında” mövzusunda elmi seminar keçirilib.

            Fakültənin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova bildirib ki, tədqiqatın məqsədi Vətən müharibəsinin Britaniya mətbuatında təqdim olunma xüsusiyyətlərini, istifadə olunan informasiya narrativlərini və Azərbaycanın mövqeyinin hansı kontekstdə təqdim edildiyini təhlil etməkdir.

            BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının doktorantı Səbuhi Quliyev mövzu üzrə məruzə edib. Məruzəçi müharibə dövründə Böyük Britaniyanın aparıcı media qurumları – “BBC News”, “Reuters”, “The Guardian”, “The Independent” və “The Telegraph” kimi informasiya mənbələrinin yayımladıqları materialların təhlil edildiyini bildirib.

            Məruzəçi bildirib ki, Ermənistanın hərbi təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 gün uğurla davam edən əks-hücum əməliyyatları düşməni darmadağın etməklə yanaşı, bir çox nəticə və parametrlər üzrə dünya hərb tarixində yeni rekordlara imza atdı.  Məruzəçi qeyd edib ki, Böyük Britaniya Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qorunmasını dəstəkləyən dövlətlərdən biri hesab olunur. Vətən müharibəsi başlayanda Böyük Britaniya hökuməti regiondakı gərginliyin artmasından narahatlığını ifadə edərək, tərəfləri hərbi əməliyyatları dayandırmağa və münaqişənin beynəlxalq hüququn prinsipləri çərçivəsində, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında həllinə çağırıb. Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə dəstəkləyən Böyük Britaniya hökuməti 44 günlük müharibə zamanı bu mövqeyini parlament debatları, rəsmi bəyanatlar və hökumət təmsilçilərinin çıxışları vasitəsilə ifadə edib. Tədqiqat çərçivəsində xüsusilə “BBC News” və “Reuters” kimi qlobal media qurumlarının yayımladığı materiallar diqqətlə araşdırılıb. Bu media qurumları beynəlxalq informasiya məkanında böyük nüfuza malik olduqları üçün onların yayımladığı xəbərlər beynəlxalq ictimai rəyin formalaşmasına əhəmiyyətli təsir göstərir. Aparılan təhlil nəticəsində müəyyən edilmişdir ki, bəzi hallarda münaqişə ilə bağlı məlumatların təqdim edilməsində balanslı yanaşma müşahidə olunsa da, müəyyən materiallarda hadisələrin təqdim olunması tam obyektiv xarakter daşımayıb. Məsələn, müharibənin ilk günlərində bəzi media qurumları tərəfindən Azərbaycan tərəfi ilə bağlı irəli sürülən iddialar kifayət qədər dəqiq mənbələrə əsaslanmadan yayımlanıb. Britaniya mətbuatında münaqişənin işıqlandırılması zamanı fərqli narrativlərin mövcudluğu da diqqət çəkir. Bəzi qəzetlər hadisələri əsasən humanitar prizma ilə təqdim edib, mülki əhalinin vəziyyəti, şəhərlərin dağıdılması və müharibənin sosial nəticələri kimi məsələlərə xüsusi diqqət ayırıb.

            Aparılan təhlil göstərir ki, Britaniya mediasında İkinci Qarabağ müharibəsinin təqdim olunması müxtəlif yanaşmaların paralel şəkildə mövcudluğu ilə xarakterizə olunur. Bir tərəfdən, münaqişənin beynəlxalq hüquqi əsasları və Azərbaycanın mövqeyi bəzi materiallarda aydın şəkildə ifadə olunub. Digər tərəfdən isə, bəzi xəbərlərdə hadisələr daha çox siyasi və humanitar çərçivədə təqdim edilib, münaqişənin tarixi və hüquqi konteksti kifayət qədər geniş izah olunmayıb.

            Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

            BDU-da “44 günlük Vətən müharibəsi Böyük Britaniya mətbuatında” mövzusunda elmi seminar
            BDU-da “44 günlük Vətən müharibəsi Böyük Britaniya mətbuatında” mövzusunda elmi seminar
            ELM

            Son XƏBƏRLƏR

            13.03.2026 | 16:46

            BDU-da beynəlxalq proqram akkreditasiyası çərçivəsində ekspertlərin sahə səfəri davam edir

            13.03.2026 | 15:12

            BDU tələbələri Mərkəzi Elmi Kitabxanada praktik dərs keçiblər

            13.03.2026 | 12:39

            BDU-nun Psixoloji yardım sektoru pedaqoji heyət və tələbələr üçün seminar təşkil edib

            13.03.2026 | 12:37

            BDU-da Əmlak Məsələləri Dövlət Xidmətinin “Karyera görüşləri”

            13.03.2026 | 09:59

            AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı BDU tələbələrinə ustad dərsi keçib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025