BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU Azərbaycan Notariat Palatası ilə əməkdaşlıq edəcək

            BDU Azərbaycan Notariat Palatası ilə əməkdaşlıq edəcək

            8 Aprel 2021 12:57

            BDU Azərbaycan Notariat Palatası ilə əməkdaşlıq edəcək

            Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Notariat Palatası  arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov imzalayıblar.

            BDU-nun rektoru Elçin Babayev çıxış edərək Universitetlə Azərbaycan Notariat Palatası arasında əməkdaşlığın perspektivlərinin əhəmiyyətini vurğulayaraq, hüquqşünas kadrların yetişdirilməsində təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, notariat sahəsində ixtisaslı kadrların Universitetin tədris fəaliyyətinə cəlb edilməsi və digər məsələlər barəsində danışıb.

            Notariat Palatasının sədri Hüseyn Məmmədov son dövrlərdə ölkədə notariat sahəsində aparılan islahatlardan bəhs edib. O, qeyd edib ki, ötən dövrdə notariat sahəsində mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə qanunvericilik təkmilləşdirilib, şəffaf prosedurlar əsasında yeni notariat korpusu formalaşdırılıb. Xüsusi notariat institutu geniş tətbiq olunub, notariat ofislərini vahid şəbəkədə birləşdirən "Elektron notariat" informasiya sistemi istifadəyə verilməklə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilib. Palata sədri çıxışında bu istiqamətdə Bakı Dövlət Universiteti ilə gələcək əməkdaşlığın faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.

            Qeyd edək ki, müqavilə tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsini, hüquq fakültəsi tələbələrinin notariat orqanlarında təcrübə keçməsinə şərait yaratmaq, notarial təcrübənin artırılması ilə bağlı birgə layihələr, konfranslar, simpozium  və s. tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

            Görüşdə BDU-nun prorektoru Əliş Ağamirzəyev, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin baş məsləhətçisi Vidadi Mayıl, Bakı şəhər 11 saylı Notariat ofisinin notariusu İlqar Məmmədov da iştirak ediblər.

            BDU Azərbaycan Notariat Palatası ilə əməkdaşlıq edəcək
            BDU Azərbaycan Notariat Palatası ilə əməkdaşlıq edəcək
            BDU Azərbaycan Notariat Palatası ilə əməkdaşlıq edəcək
            BDU Azərbaycan Notariat Palatası ilə əməkdaşlıq edəcək

            Son XƏBƏRLƏR

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            03.02.2026 | 12:01

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

            03.02.2026 | 11:32

            BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş

            03.02.2026 | 10:54

            VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

            03.02.2026 | 10:31

            BDU-nun rektoru UNCOPUOS-un Elm və Texnika üzrə Alt Komitəsinin 63-cü sessiyasında iştirak edir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025