Liseyin uğurları

2021/2022-ci tədris ilində:
 
“Sabahın Alimləri” onuncu Respublika müsabiqəsində
  • Liseyin 21 şagirdi Kompüter elmləri, Kimya, Riyaziyyat, Fizika və astronomiya, Biologiya, Ekologiya, ətraf mühitin idarə olunması kimi sahələr üzrə müxtəlif mövzularda layihələrlə çıxış etmişdir.
  • 3 layihə 1-ci yerə, 5 layihə 2-ci yerə, 3 layihə 3-cü yerə və 1 layihə isə xüsusi mükafata layiq görülmüşdür.
  • 1-ci yerə layiq görülmüş 2 layihə ölkəmizi Amerika Birləşmiş Ştatlarında  təşkil olunmuş Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik sərgisində təmsil etmişdir.
  • Bu nəticələrlə Lisey Respublika üzrə ilk yerdə qərarlaşmışdır.
Müsabiqələr və olimpiadalar:
  • Liseyin şagirdləri müxtəlif ölkələrdə keçirilən bilik yarışmalarında layiqincə çıxış etmiş, Respublika və beynəlxalq olimpiadalarda 10 medal qazanmışlar ki, bunun da 2-i qızıl, 2-i gümüş, 6-i bürüncdür.
  • Fizika, Kimya, Riyaziyyat və İnformatika fənləri üzrə keçirilən Beynəlxalq Meqapolislər olimpiadasında Liseyin 10-cu sinif şagirdi Nəriman Şirinli Kimya üzrə Bürünc medal,
  • 10-cu sinif şagirdi Şirinli Nəriman PolyUp Azərbaycan müsabiqəsində 2-ci yer tutaraq beynəlxalq müsabiqəyə vəsiqə qazanmış və 55-ci Beynəlxalq Mendeleyev Kimya olimpiadasında Bürünc medala,
  • 11-ci sinif şagirdi Xanlar Abbasov Con Fon Neyman adına Macarıstan Beynəlxalq riyaziyyat olimpiadasında həvəsləndirici mükafata layiq görülüb.
  • Respublika Fənn olimpiadasında Liseyin 10-cu sinif şagirdləri Nəriman Şirinli Kimya üzrə və Rəfsan Həbubullayev Fizika üzrə  Qızıl medal,
  • 11-ci sinif şagirdi Xanlar Abbasov və 6-cı sinif şagirdi Süleyman Abdulla isə İnformatika üzrə Bürünc medal qazanıblar.
  • Lütfüzadə adına Məntiq olimpiadasında 5-ci sinif şagirdləri Cahangir Zeynallı və Əli Nəsirli Gümüş medal, Fəridə Cəfərova və Turqut Hüseynli isə Bürünc medala layiq görülüblər.
  • Ölkəmizi Avropa Fizika olimpiadasinda (EuPhO-2021) təmsil edən Liseyin 10-cu sinif şagirdi  Rəfsan Həbubullayev həvəsləndirici mükafata layiq görülüb.
  • Təhsil ocağının uğurları burada BDU tərəfindən yaradılmış şəraitlə və liseydə tədrisin müasir tələblərə uyğun səviyyədə qurulması və müəllimlərin tədrisdə müasir təlim texnologiyalarından istifadə etmələri ilə bağlıdır.
  • Bu il liseyi bitirən 50 11-ci sinif şagirdindən 9 şagird qızıl və 2 şagird gümüş medalla, 7 şagird liseyi fərqlənmə attestatı ilə bitirib.