2024-2025-ci tədris ilində “Gənc istedadlar” liseyinin nailiyyətləri
Olimpiadalar:
02-12 dekabr 2024-cü il tarixlərində Ruminyanın Buxarest şəhərində Yeniyetmələrin XXI Beynəlxalq Elm Olimpiadası (İJSO 2024) təşkil edilib. Liseyin X sinif şagirdi Abbasov Cabir bürünc medala layiq görülüb.
Respublika Fənn Olimpiadası:
Liseyin 15 nəfər şagirdi RFO final mərhələsinə vəsiqə qazanıb.
Respublika Fənn Müsabiqəsi və Lütfizadə riyaziyyat-məntiq olimpiadası:
Liseyin 206 nəfər şagirdi RFM yarımfinal mərhələsinə vəsiqə qazanıb.
V Astronomiya Olimpiadası:
Liseyin X sinif şagirdi İbrahimzadə Yusif final mərhələsində bürünc medal qazanıb.\
FİSO İNG və UAMO Beynəlxalq Olimpiadaları:
Liseyin 5 nəfər şagirdi qızıl medal, 4 nəfər gümüş medal, 2 nəfər bürünc medala layiq görülüb.
İJMO 2024 (International Junior Math Olympiad):
Türkiyənin İstanbul şəhərində keçirilmiş İJMO 2024 (İnerenational Jenior Maht Olimiad) Riyaziyyat Məntiq Olimpiadasında liseyin VI sinif şagirdi İmanlı Nəzrin bürünc medal qazanmışdır.
- Beynəlxalq “Kopernik” Olimpiadasında 28 şagird, onlardan – 5 nəfər qızıl, 11 nəfər gümüş, 12 nəfər bürünc medalla təltif olunmuşdur.
- Beynəlxalq TİMO Olimpiadasında 14 nəfər şagirddən 5 nəfər gümüş, 9 nəfər bürünc bürünc medalla təltif olunmuşdur.
- Beynəlxalq İMEC Olimpiadasında 43 nəfər şagirddən 12 nəfər qızıl, 18 nəfər gümüş, 13 nəfər bürünc medalla təltif olunmuşdur.
- “Sabahın alimləri” XIV Respublika müsabiqəsi
Lisey 11 layihə ilə təmsil olunub: VII layihə finala vəsiqə qazanıb. Onlardan IV layihə qalib olub. I layihə I yerə, II layihə II yerə, I layihə də III yerə layiq görülüb.
1. Kərimli Mirsadiq – I yer
2. Cəfərli Samirə - II yer
3. Rəsulzadə Cəsur – II yer
4. Hüseynov Ağahüseyn – II yer
5. Abbasova Ayan – III yer