- “Azərbaycan məfkurəsi” silsilə proqramı
Təlim proqramı iştirakçıları Azərbaycanın tarixi, mədəni və ideoloji keçmişi ilə tanış edir. Məqsəd: irsimizin öyrənilməsinə və Azərbaycançılıq ideyasının gənclər arasında təbliğinə dəstək olmaq.
- “İqlim həftəsi” təlim proqramı
Ətraf mühit və iqlim problemləri sahəsində maarifləndirməyə yönəlmiş təlim proqramı “Gənc istedadlar” liseyinin tələbələrinə aparılır.
Məqsəd: gənclərdə ekoloji şüurun artırılması və iqlim məsələlərinə diqqətin cəlb olunması.
- “Dayanıqlı İnkişaf Məqsədləri” təlimi
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin tələbələrinə ətraf mühit və dayanıqlı inkişaf mövzularında interaktiv təlim.
Məqsəd: tələbələrdə dayanıqlı inkişaf prinsiplərinin mənimsənilməsi və praktiki tətbiqi bacarıqlarının formalaşdırılması.
- Hüquq sahəsi üzrə silsilə təlim proqramı
Müxtəlif hüquq sahələrində biliklərin artırılması məqsədilə keçirilən təlimlər.
Məqsəd: gənclərin hüquqi biliklərinin inkişaf etdirilməsi və hüquq sahəsində praktiki bacarıqlarının formalaşdırılması.
- “Vəsfi-cahan” silsilə təlimləri
Ədəbiyyatda iz qoymuş şəxsiyyətlərin həyat və yaradıcılıqlarının öyrənilməsi.
Məqsəd: tələbələrdə ədəbiyyata marağın artırılması və milli mədəni irsin dərk edilməsinə dəstək vermək.
- “Tələbəlikdən HR-a addımla” silsilə təlimləri
İnsan resurslarının idarə olunması, müsahibə və kütlə ilə işləmə bacarıqlarına yönəlmiş təlim.
Məqsəd: tələbələrin HR sahəsində bilik və bacarıqlarını artırmaq, peşə həyatına hazırlıq.
- “Struktur” təlim proqramı
Təşkilat strukturunun inkişafı, komanda quruluşunun düzgün formalaşdırılması və müvafiq sahələr üzrə biliklərin aşılanması.
Məqsəd: effektiv komanda işi və təşkilati bacarıqların inkişaf etdirilməsi.
- “Jest dili” təlimi
Bədən dili və jestlərin gücünün öyrədilməsi və inkluzivlik prinsiplərinin təbliği.
Məqsəd: tələbələrin kommunikasiya bacarıqlarının və inkluziv yanaşmasının gücləndirilməsi.
- “İnkişafdaSən” modul təlimləri
Yumşaq bacarıqların (soft skills) inkişafı və könüllülər arasında düzgün istifadəsi mexanizminin izahı.
Məqsəd: tələbələrin şəxsi inkişaf və liderlik bacarıqlarının artırılması.
- “Süni intellekt: nəzəriyyədən təcrübəyə
Süni intellektin mexanizmləri, istifadəsi və diqqət edilməli aspektləri üzrə təlim.
Məqsəd: tələbələrdə süni intellektin praktik və nəzəri biliklərinin formalaşdırılması.
- “Filologiya və süni zəka: sözün yeni erası”
Süni intellektin dil və ədəbiyyata təsiri, istifadəsi və inkişaf perspektivləri.
Məqsəd: tələbələrin texnologiya və humanitar sahələrdə biliklərini birləşdirmək.
- “Düşün, yoxla, paylaş” təlimi
İnformasiya dövründə medianın rolu, düzgün məlumatın çatdırılması və yanlış informasiyanın təsirləri.
Məqsəd: tələbələrdə informasiya analiz və kritik düşüncə bacarıqlarının inkişafı.
- CV və motivasiya məktublarının hazırlanması və karyera planlaşdırılması
Tələbələrin şəxsi inkişafı və karyera quruculuğu sahəsində təlim.
Məqsəd: gənclərin əmək bazarına hazırlığı və peşəkar bacarıqlarının artırılması.