ŞÖBƏ HAQQINDA

Təhsil sənədləri və elektron məlumatlar şöbəsi;


Bakalavriat və magistratura səviyyələrində təhsilalanların şəxsi işlərinin yığılması, o cümlədən  onlarla bağlı müxtəlif növ (soyad dəyişmə, xaric olunma, akademik məzuniyyətə getmə və ya qayıtma) əmrlərin davamlı şəkildə şəxsi işlərə qeyd olunması; tələbələr, eləcə də, məzunlar üçün diplomların, digər ali təhsil müəssisələrinə köçürülən və ya xaric olunan tələbələrə akademik arayışların, şəxsi işlərin hazırlanıb verilməsi; (dublikat) diplomların dublikatlarının verilməsi, tələbə kartlarının tərtib olunmasına nəzarətin həyata keçirilməsi, həmçinin digər sənədlərin tərtibinin təşkili; dövlət qurumları ilə yazışmaların həyata keçirilməsi; BDU-nu əvvəlki illərdə bitirən şəxslərə aid təhsil sənədlərinin, qiymət cədvəllərinin hazırlanaraq təhvil verilməsi; müxtəlif qurumlardan, digər ölkələrdən təhsil sənədləri ilə, tədris prosesi ilə əlaqədar daxil olan sorğuların cavablandırılması, bütün təhsilalma formaları üzrə məzun olan tələbə və magistrantlara aid məlumatların Təhsil Nazirliyinin “dts” elektron bazasına daxil edilməsi