MƏŞVƏRƏT ŞURASI

BDU-nun rektoru yanında Məşvərət Şurası 2019-cu ildən fəaliyyət göstərir. Şuranın yaradılmasında məqsəd BDU-nun fəaliyyətində qocaman elm və təhsil xadimlərinin zəngin təcrübəsindən yararlanmaq, onların pedaqoji, elmi, təlim-tərbiyə, inzibati iş təcrübəsindən Universitetdə təhsil, elm və sosial sahədə fəaliyyətin təşkili zamanı istifadə etməkdir. Şura Universitet rəhbərliyi ilə mütəmadi görüşlər keçirir, təkliflərlə çıxış edir, öz tövsiyələrini verir.

Şuraya BDU-da elm və təhsilin inkişafına xüsusi töhfələr vermiş, pedaqoji, elmi və ictimai fəaliyyətdə böyük təcrübəyə malik, yaşı 70-dən yuxarı olan nüfuzlu alimlər daxildir. Şuranın tərkibi BDU-nun rektoru tərəfindən müəyyən olunur.