TEXNOLOGİYALARIN TRANSFERİ VƏ İNNOVASİYA FƏALİYYƏTİ

Elmin müxtəlif istiqamətləri üzrə tanınmış alim və mütəxəssislərlə təcrübə mübadiləsinin aparılması, elmi nəticələrin kommersiyalaşdırılması, istehsalatda tətbiq edilməsi, habelə, təhsil, elm və texnologiya sahələrində əldə olunmuş ən son nailiyyətlərlə yaxından tanışlıq, mütəxəssislərin təcrübəsinin öyrənilməsi, gənc tədqiqatçıların elmi araşdırmalara təşviq edilməsi, elmi-tədqiqat işlərinin nəzəri və praktik cəhətdən əldə olunan mühüm nəticələrinin beynəlxalq səviyyədə müzakirə edilməsi (aprobasiyası), yeni innovativ prioritet istiqamətlərin müəyyən edilməsi və dünyanın müxtəlif elmi qurumları ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, birgə elmi-tədqiqatların aparılması, problem mövzular üzrə birgə layihələrin işlənilməsi “Tədqiqat Universiteti” statusu əldə etmək mərhələsində olan BDU-nun strategiyasının əsas elementlərindəndir.

Missiya:

İnnovativ inkişaf strategiyasını həyata keçirməklə texnologiya transferi və innovasiyaları dəstəkləmək və sahibkarlığın inkişafı üçün xidmətlər göstərmək

Məqsəd:

Elm tutumlu məhsulların (məhsullar, texnologiyalar, xidmətlər) ixtiraçıları, investorlar, istehsalçılar və istehlakçılar arasında əməkdaşlığı inkişaf etdirmək;

Tədqiqat, təkmilləşdirmə və innovasiya fəaliyyətinin nəticələrinin kommersiyalaşdırılmasını təşviq etmək;
Sahibkarlığın və innovativ biznesin inkişafına töhfə vermək;

Universitetlər, müəssisələr və digər təşkilatlar arasında texnologiyaların, biliklərin, bacarıqların və metodların istehsal və xidmət sahələrinə ötürülməsini asanlaşdırmaq, elmi və texnoloji ixtiraçılıq fəaliyyətinin daha da inkişaf etdirilməsi və elmi nəticələrin yeni məhsullarda, proseslərdə, materiallarda və xidmətlərdə tətbiqi üçün daha geniş istehlakçı kütləsinə çatdırılması işini təmin etmək;

Biznesin işkişafı üçün xüsusi texnologiyalar və ya yeniliklər barədə sahibkarları məlumatlandırmaq, habelə, zəruri texnologiyaların ötürülməsi, tətbiqi və digər əlaqəli məsələlər üzrə köməklik göstərmək.

İnnovasiya fəaliyyətinin maliyyələşdirilməsi üzrə məsləhətlərin verilməsi:

İnnovasiya fəaliyyətinin maliyyələşdirilməsi, maliyyələşdirilmə mənbələrinin (dövlət və regional proqramlar, innovasiya fondları, Avropa İttifaqı proqramları və s.) tapılması ilə bağlı məsləhətlər vermək.

Metodik dəstək və tərəfdaş axtarışı:

Beynəlxalq tədqiqat, texnologiya və innovasiya layihələrinin hazırlanması üzrə seminarlar təşkil etmək;

İnnovasiyaların hazırlanması və tətbiqi, yeni texnologiyaların kommersiyalaşdırılması və transferi üzrə seminarlarda sahibkarların iştirakını təmin etmək;

Beynəlxalq tədqiqat, texnologiya və innovasiya layihələrinin komandalarına sənaye və tədqiqat üzrə təşkilatlardan tərəfdaşların tapılasında köməklik göstərmək.

İnnovativ fəaliyyət üzrə bacarıqların inkişaf etdirilməsi:

İnnovativ fəaliyyət bacarıqlarının inkişaf etdirilməsi və səriştələrin təkmilləşdirilməsi üçün konsaltinq, mentorluq və təlim xidmətləri göstərmək.

İnnovasiyaların təşviqi:

Seminarlar, metodiki və analitik materialların nəşri, innovativ layihələrin sərgi və müsabiqələrinin təşkili vasitəsilə innovasiyaların təşviqinə töhfə vermək;

İnnovativ fəaliyyətin, innovativ sahibkarlığın inkişafı və investisiya cəlbediciliyinin artırılması üzrə layihələrin həyata keçirilməsində iştirak etmək.