İNNOVASİYALARIN KOMMERSİYALAŞDIRILMASI

Bakı Dövlət Universitetinin Elmi Şurasının 2019-cu il 9 oktyabr tarixli iclasının qərarı ilə Universitetdə yaradılmış "BUİLD" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tələbələrin, doktorantların və BDU əməkdaşlarının elmi-tədqiqat və təcrübi layihə işlərinin nəticələrinin kommersiyalaşdırılmasına dəstək verir. "BUİLD" MMC-nin vəzifəsinə ixtiranın nəticələrini bazara çatdırmaq üçün maliyyə vəsaitlərinin cəlb edilməsinə yardım da daxildir.
"BUİLD" MMC BDU-nun tələbə və əməkdaşlarına intellektual fəaliyyətindən gəlir əldə etmək, istehsal və bizneslə qarşılıqlı əlaqədə olmaq, intellektual fəaliyyətin nəticələrini bazarlara çıxarmaq məsələlərində məsləhətlər verir. BDU tələbələrdə təkcə tədqiqat deyil, həm də onların innovativ ideya və ixtiralarının kommersiyalaşdırılması istəyini dəstəkləyir.
"BUİLD" MMC tələbələrə elm və biznes arasındakı əlaqə, intellektual əməyin nəticələrinə əsaslanan sahibkarlıq ideyalarını konkretləşdirməyə kömək edir ki, bu da onların öz imkanları haqqında təsəvvürlərini genişləndirir və təcrübə yönümlü tədqiqatları stimullaşdırır.
"BUİLD" MMC BDU-nun sifarişi əsasında hazır və ya işlənmə mərhələsində olan layihələr əsasında maraqlı investorlar üçün təklif yarada, həmçinin sənaye sahələrində yaranmış konkret mürəkkəb problemlərin həlli yollarının axtarışını təşkil edə bilər.
BDU-da təşəbbüs və sahibkarlıq qrup layihə təlimləri, tələbə və texnoloji biznes inkubatorları çərçivəsində dəstəklənir.