Şöbənin vəzifələri:
- Universitetdə tədris və inzibati idarəetmədə istifadə edilən proqram təminatlarının yaradılmasında və ya alınmasında iştirak etmək
- Universitet strukturuna daxil olan və tabeliyində olan qurumları arasında elektron əlaqənin və elektron məlumat mübadiləsinin yaradılmasında iştirak etmək
- Universitetin müxtəlif təyinatlı veb resurslarının yaradılmasını təşkil etmək, onların məzmun və informasiya baxımından yeniləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq
- İnternet texnologiyaları sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin təşkil edilməsində iştirak etməsi
- Yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilində internet texnologiyalarından istifadəni təmin etmək
- Universitet əməkdaşlarınin Universitetin üzv olduğu Beynəlxalq internet resurslarına çıxışını təmin etmək
Şöbənin funksiyaları:
- Universitetin müvafiq qurumları ilə birlikdə informasiya kommunikasiya texnologiyaları strategiyasının hazırlanması və onun həyata keçirilməsinə dair təkliflər hazırlamaq
- Universitet strukturları arasında təhlükəsiz və etibarlı şəbəkə əlaqəsini, məlumat mübadiləsini təşkil və mövcud sistemlərin qüsursuz və etibarlı işləməsini təmin etmək
- Universitetin kompüter şəbəkəsindən Universitetin İnternet resurslarına çıxışını təmin etmək
- Universitetin bəzi İnternet resurslarına uzaqdan girişı təmin etmək
- Universitetin mühazirələr bazasını inkişaf etdirmək
- Universitetin əməkdaşlarının Web of Science-a çıxışını təmin etmək
- Distant təhsilin təşkilində iştirak etmək