BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Yeni tədris iliniz mübarək!

            Yeni tədris iliniz mübarək!

            29 Sentyabr 2021 14:21

            Yeni tədris iliniz mübarək!

            Bu gün BDU-nun 24000 tələbəsi, 1500 nəfərlik professor-müəllim heyəti yeni tədris ilinə başladı.

            Azərbaycan ali məktəblərinin flaqmanı, şərəfli keçmişə, zəngin təcrübəyə malik Bakı Dövlət Universiteti (BDU) mövcud təcrübə və ənənələri daha da möhkəmləndirmək, ölkənin peşəkar kadr və elmi potensialını zənginləşdirmək məramı ilə yeni dərs ilinə qədəm qoyur. Təəssüflər olsun ki, il yarıa qədər bir müddət ərzində COVID-19 pandemiyası səbəbindən professor-müəllim heyətini və tələbələrimizi Universitet auditoriyalarında deyil, monitor qarşısından salamlamalı olsaq da, bu çətin günləri geridə qoymaq üzrəyik.

            Bu gün BDU 16 fakültəsi, 120 kafedrası, 2 elmi-tədqiqat institutu, 3 elmi-tədqiqat mərkəzi, ən müasir avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat və tədris laboratoriyaları, Qazax filialı, İqtisadiyyat və Humanitar Kolleci, “Gənc istedadlar” liseyi və s. ilə ölkəmizdə elm və təhsilin inkişafında mühüm rol oynayır.

            Biz yeni tədris ilində tələbələrimizin qarşısına bir sıra yeniliklərlə gəlmişik. BDU-da tədrisin təkmilləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması, dövrün tələblərinə uyğun kadrların hazırlanması istiqamətində aparılan fəaliyyətin tərkib hissəsi olaraq, 2021/2022-ci tədris ili üçün bakalavriat və magistratura səviyyələri üzrə yeni ixtisas və ixtisaslaşmalar açılıb. Yeni ixtisasların yaradılması həm də əmək bazarında bu ixtisaslara olan tələbatın ödənilməsi zərurətindən yaranıb.

            Bundan əlavə, Universitetin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb, müasir tələblərə cavab verən, bütün zəruri avadanlıqlarla təchiz olunmuş yeni Tələbə Evi tam istifadəyə verilib.

            Universitetin beynəlxalq layihələrdə iştirakı, beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, ikili diplom proqramlarının miqyasının genişləndirilməsi yönündə bir sıra xarici ali təhsil müəsisələri ilə danışıqlar aparılıb, birgə layihələrin həyata keçirilməsi istiqamətində hazırlıq işlərinə başlanılıb. BDU hazırda dünyanın nüfuzlu 7 universiteti ilə ikili diplom proqramları həyata keçirir.

            Hazırda tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində  mühüm addımlar atılır. ABŞ-ın məşhur “BLACKBOARD” tədrisin idarə edilməsi sisteminin tətbiqi ilə tədris prosesinin təşkili və idarəolunmasını təkmilləşdirilir. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin sənayeyə tətbiqi, tələbələrin öz nəzəri biliklərini təcrübədə tətbiq etmə imkanının yaradılması üçün əməli tədbirlər görülür.

            Bütün bunlar yeni tədris ilində tələbələrimizin peşəkar mütəxəssislər kimi yetişməsində, elmin sirlərinə dərindən yiyələnməsində mühüm rol oynayacaqdır.

            Hörmətli müəllimlər, əziz tələbələr, yeni tədris ilində sizə uğurlar arzulayırıq!

            Yeni tədris iliniz mübarək!

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025