BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov BDU tələbələri ilə görüşüb

            XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov BDU tələbələri ilə görüşüb

            SOSİAL 30 May 2025 15:20

            XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov BDU tələbələri ilə görüşüb

            Bakı Dövlət Universitetinin (BDU) "İƏT modeli klubu"nun təşkilatçılığı və "BDU könüllüləri" təşkilatının dəstəyi ilə  "Azərbaycançılıq məfkurəsi: milli kimlik, dövlətçilik tarixi və qlobal çağırışlar prizmasından" adlı növbəti görüş keçirilib. Görüşün bu dəfəki qonağı Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov olub.

            BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Elşad İskəndərovun fəaliyyəti haqqında tələbələrə məlumat verib. Prorektor qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin zirvəsi idi. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bir çox tarixi ilkə imza atıb. O, BDU tələbələrini tariximizi dərindən öyrənməyə, daim dövlətçilik ənənələrini qorumağa, ölkəmizin mənafelərini qorumağa çağırıb.

            Daha sonra söz qonağa verilib. XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycan xalqının tarixində milli kimlik, dövlətçilik və azərbaycançılıq məfkurəsi anlayışlarını elmi və fəlsəfi kontekstdə təhlil edib, bu məfhumların həm keçmişin tarixi yaddaşına əsaslandığını, həm də müasir sosial və mədəni dəyərlərə aid olduğunu vurğulayıb. O qeyd edib ki, milli məfkurə xalqın mədəni, etnik, sosial, əhatə etdiyi coğrafi şüurun tarixi inkişafı və transformasiyası nəticəsində cəmiyyəti müasir milli kimlik və dövlətçilik ideyası ətrafında birləşdirən ideoloji gücə çevrilir.

            Görüş zamanı səfir Elşad İskəndərov tərəfindən Azərbaycanın tarixən sivilizasiyaların qovuşduğu bir məkanda yerləşməsi, xalqımızın  həmin sivilizasiyaların dəyərlərindən bəhrələnməsi, eyni zamanda tam fərqli bir etno-sosial qrup kimi formalaşması vurğulanıb. Qonaq bildirib ki, 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti situativ bir hadisə və ya kənar qüvvələrin siyasi layihəsi olmayıb, orta əsrlərdən etibarən bu torpaqlarda formalaşmış, öz kimliyinə malik etno-sosial cəmiyyətin tarixin gedişi zamanı yaratdığı və Ağqoyunlu, Qaraqoyunlu, xüsusilə Səfəvilər kimi imperiya dövlətlərinin davamı və dövlətçilik irsinin bərpası üzərində qurulub.

            Görüş interaktiv formada davam edib, tələbələrin sualları cavablandırılıb.

            XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov BDU tələbələri ilə görüşüb
            XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov BDU tələbələri ilə görüşüb
            XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov BDU tələbələri ilə görüşüb
            XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov BDU tələbələri ilə görüşüb
            XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov BDU tələbələri ilə görüşüb
            XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov BDU tələbələri ilə görüşüb
            XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov BDU tələbələri ilə görüşüb
            XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov BDU tələbələri ilə görüşüb
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025