BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • VAQİF QULİYEV - 65

            VAQİF QULİYEV - 65

            22 Fevral 2022 10:06

            VAQİF QULİYEV - 65

            Bu gün Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Quliyevin 65 yaşı tamam olur.

            Quliyev Vaqif Sabir oğlu 1978-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, 1983-cü ildə fizika-riyaziyyat elmləri namizədi, 1994-cü ildə isə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1997-ci ildə isə professor elmi adını alıb. O, 2014-cü ildən AMEA-nın müxbir üzvüdür.
            V. Quliyev 1978-1983-cü illərdə AMEA-nın Kibernetika İnstitutunda elmi işçi, 1983-2019-cu illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasında müəllim, baş müəllim, dosent və professor, 2009-2015-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi, 2015-2019-cu illərdə elmi işlər üzrə direktor müavini, 2019-2021-ci illərdə BDU-nun nəzdində Tətbiqi Riyaziyyat ETİ-də baş elmi işçi vəzifələrində işləyib. 2021-ci ildən indiyədək BDU-nun nəzdində Tətbiqi Riyaziyyat ETİ-nin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.

            V. Quliyev bircins Li qruplarında təyin olunmuş yeni lokal Morri tipli fəzalarında (ədəbiyyatda artıq Quliyev-Morri tipli fəzalar da adlandırılır) daxiletmə teoremlərini araşdırıb. Elmi işləri bircins tipli fəzalarda və bircins Li qruplarında funksional fəzalarda inteqral operatorlar nəzəriyyəsinə, çoхdəyişənli diferensiallanan funksiyalar fəzaları üçün daхilolma teoremləri nəzəriyyəsinə, Heyzenberq qruplarında təyin olunmuş funksional fəzalar üçün yaхınlaşmalar nəzəriyyəsinə, banaхqiymətli funksional fəzalar nəzəriyyəsinə, çoхölçülü kompleks oblastlarda təyin olunmuş holomorf və harmonik funksiyalar fəzaları nəzəriyyəsinə, Morri tipli fəzalarda inteqral operatorların məhdudluğu və onların diferensial tənliklər nəzəriyyəsinə tətbiqi məsələlərinə həsr olunub.

            V. Quliyev 250-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir. 180-dən çox məqaləsi “Clarivate Analytics” şirkətinin “Web of Science” bazasına daxil olan impakt faktorlu jurnallarda dərc olunub və elmi əsərlərinə 1600-dən çox istinad edilib. 2011, 2017 və 2019-cu illərdə “Operators on Morrey-Type Spaces and Applications” adlı beynəlxalq elmi konfransa sədrlik edib.

            V. Quliyevin rəh¬bərliyi altında 4 elmlər doktoru və 20 fəlsəfə doktoru hazırlanıb. O, bir neçə dəfə İtaliyada fəlsəfə doktoru dissertasiya işlərinə rəsmi opponent olub. 2015-ci ildən indiyədək Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür. “AMEA-nın xəbərləri (riyaziyyat buraxılışı)” jur¬nalının baş redaktoru, "Applied and Computational Mathematics" jur¬nalının baş redaktor müavini və "TWMS Journal Pure and Applied Mathematics" jurnalının beynəlxalq redaksiya heyətinin üzvüdür. Azərbaycan Riyaziyyat Cəmiyyəti İdarə Heyətinin üzvüdür və bu cəmiyyətin əsərlərinin 2-ci cildinin məsul katibi olub.

            V. Quliyev 2000-ci ildə Təhsil Nazirliyinin, 2017-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanları ilə təltif edilib. “2016-cı ilin alimi” müsabiqəsinin “Fizika, riyaziyyat və texnika elmləri” nominasiyasının və 2018-ci ildə “Clarivate Analytics” (Web of Science Awards 2018) şirkətinin “Azərbaycanda təbiət elmləri üzrə ən məhsuldar müəllif” mükafatının qalibi olub.

            Vaqif Quliyevi yubileyi münasibəti ilə təbrik edir, ona yeni elmi uğurlar arzulayırırq!

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025