“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – Elmi seminar
ELM
16 Aprel 2026 16:57

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 16 aprel – Beynəlxalq Bioloqlar Gününə həsr olunmuş “Uzunömürlülük: bioloji və texnoloji determinantlar” mövzusunda elmi seminar keçirilib. Tədbirdə fakültənin II kurs tələbəsi Nurcahan Əliyeva məruzə ilə çıxış edib.
Seminarın açılışında çıxış edən Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova mövzunun biotibb elmində strateji əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu cür elmi tədbirlər tələbələrdə tədqiqat yönümlü düşüncə tərzinin formalaşmasına mühüm töhfə verir. Dekan qocalmanın bioloji mexanizmlərinin öyrənilməsinin həm fundamental biologiya, həm də regenerativ tibb və biotexnologiya sahələri üçün prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.
Seminarda qeyd olunub ki, qocalma prosesi sadə degenerativ aşınma deyil, sistem səviyyəsində dinamik kinetik prosesdir. Qocalma prosesi genetik və epigenetik mexanizmlərlə tənzimlənən mürəkkəb bioloji hadisədir. Bu sahədə müasir texnoloji yanaşmalar, xüsusilə 3D bioprintinq texnologiyasının süni toxuma və orqanların yaradılmasında potensial imkanları diqqətə çatdırılıb.
Seminarda bu prosesdə nüvə DNT-sinin struktur bütövlüyü, telomerlərin qısalması, DNT metilləşməsi və histon modifikasiyalarının gen ekspressiyasına təsiri geniş şəkildə izah olunub. Eyni zamanda, proteostazın pozulması və kök hüceyrə ehtiyatının azalmasının regenerativ potensiala təsiri vurğulanıb.
Sonda mövzu ətrafında interaktiv müzakirə aparılıb, məruzəçi iştirakçıların suallarını cavablandırıb. Seminar uzunömürlülük probleminin multidissiplinar yanaşma çərçivəsində həm nəzəri, həm də tətbiqi aspektlərinin müzakirəsi ilə yekunlaşıb.
Son XƏBƏRLƏR
16.04.2026 | 17:38
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”nin ilk görüşü
16.04.2026 | 16:53
BDU-da professor Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib
16.04.2026 | 15:47
BDU-da elmi seminar: “Fiziki vakuum haqqında”
16.04.2026 | 13:56
BDU tələbələri işğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin vəziyyəti ilə bağlı məlumatlandırılıb
16.04.2026 | 13:39