BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Üsküdar Universitetinin rektoru BDU-nun Jurnalistika fakültəsində

            Üsküdar Universitetinin rektoru BDU-nun Jurnalistika fakültəsində

            SOSİAL 29 Aprel 2025 12:55

            Üsküdar Universitetinin rektoru BDU-nun Jurnalistika fakültəsində

            Türkiyənin Üsküdar Universitetinin rektoru, professor Nazife Güngör Azərbaycana səfəri çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.

            BDU-nun Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev BDU ilə Üsküdar Universiteti arasındakı birgə əməkdaşlığın günü-gündən inkişaf etdiyini və bu əlaqələrin təhsil, elmi tədqiqat sahələri, birgə elmi seminar və konfransların keçirilməsini əhatə etdiyini deyib. Həmçinin bildirib ki, qarşıdakı həftələrdə BDU və Üsküdar  Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

            Nazife Güngör informasiya, məlumat sıxlığının olduğu bir cəmiyyətdə jurnalistlərin üzərinə böyük yük düşdüyünü bildirib. Qeyd edib ki, müasir dövrdə media alətləri olduqca çoxdur, bunun müsbət cəhətləri ilə yanaşı, zərərli tərəfləri də var. Amma jurnalistlərin əsas peşəkarlığı doğrunu yanlışdan ayıra bilməkdədir. Yalnız bu halda informasiyalı cəmiyyətin tələbinə cavab vermək mümkündür: “Hazırda əksər hallarda məlumatlar dəqiqliyi yoxlanılmadan sürətlə yayılır. Bu isə xəbər kirliliyinə yol açır. Buna baxmayaraq, gənc jurnalistlər təqdim etdikləri məlumatda faktların doğruluğundan əmin olmalıdırlar. Əks halda həmin media sürət dövründə geri qala və qeyri-dəqiq mənbəyə çevrilə bilər. Xüsusilə media alətləri içərisində adi insanların məlumatları sürətlə yaydığı və əldə etdiyi sosial media şəbəkələrinə nəzarət etmək çox çətindir. İstər dövlət, istərsə də özəl nəzarət funksiyası bu sürətlə ayaqlaşa bilmir”.

            Görüş gənc jurnalistlərin qardaş ölkənin media təcrübəsinə dair suallarının cavablandırılması ilə müzakirə formatında davam edib.

            Üsküdar Universitetinin rektoru BDU-nun Jurnalistika fakültəsində
            Üsküdar Universitetinin rektoru BDU-nun Jurnalistika fakültəsində
            Üsküdar Universitetinin rektoru BDU-nun Jurnalistika fakültəsində
            Üsküdar Universitetinin rektoru BDU-nun Jurnalistika fakültəsində
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025