BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Türkiyənin tanınmış ədəbiyyatşünas alimi və yazıçısı Ali Kafkasyalı BDU-da

            Türkiyənin tanınmış ədəbiyyatşünas alimi və yazıçısı Ali Kafkasyalı BDU-da

            19 May 2022 17:57

            Türkiyənin tanınmış ədəbiyyatşünas alimi və yazıçısı Ali Kafkasyalı BDU-da

            Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Söz” yaradıcılıq birliyinin təşəbbüsü ilə Türkiyənin Erzincan Binali Yıldırım Universitetinin professoru, tanınmış ədəbiyyatşünas alim və yazıçı Ali Kafkasyalı ilə görüş keçirilib.

            Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov professor Ali Kafkasyalının həyat və fəaliyyətindən, BDU-nun Filologiya fakültəsi ilə bağlılığından, Azərbaycana sevgisindən, ədəbi-mədəni irsimizin tədqiqi və beynəlxalq miqyasda təbliği istiqamətində gördüyü işlərdən söz açıb. Keçirilən görüşün xüsusi əhəmiyyət daşıdığını vurğulayan dekan fakültənin dəvətini qəbul etdiyi üçün qonağa təşəkkürünü bildirib. Qeyd edib ki, Ali Kafkasyalı BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının magistrantı və aspirantı olub, mərhum ədəbiyyatşünas alimlər Azad Nəbiyev və Əzizə Cəfərzadənin elmi rəhbərliyi ilə “Mikayıl Azaflının yaradıcılıq yolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

            Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, “Söz” yaradıcılıq birliyinin rəhbəri Məti Osmanoğlu Ali Kafkasyalının elmi-pedaqoji fəaliyyətinin Azərbaycan ədəbiyyatı ilə bağlılığından, altı cildlik “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nın, habelə “İran coğrafiyasında türklər”, “İran türkləri”, “İran türklərinın aşıq mühiti” və “İran aşıq sənəti və milli kimlik” adlı qiymətli əsərlərin müəllifi kimi elmi araşdırmalarının əhəmiyyətindən bəhs edib. Məti Osmanoğlu xüsusilə “Qafqaz qaçaqları” və “Qartallar sınır tanımaz” adlı romanlarının ədəbi-bədii özəlliklərini, tarixi faktların obyektiv-bədii təqdimi baxımından xüsusi önəm daşıdığını diqqətə çatdıraraq, əsərlərin geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılandığını vurğulayıb, müəllifə yaradıcılıq uğurları arzulayıb.

            Sonra söz qonağa verilib. Professor Ali Kafkasyalı Azərbaycanda elmi fəaliyyətinə dəstək olmuş görkəmli alim və ziyalıları böyük minnətdarlıqla xatırlayıb. Bildirib ki, aşıq ədəbiyyatına xüsusi marağı sonradan onun elmi yaradıcılığının əsas mövzusuna çevrilib, Mikayıl Azaflı irsinin tədqiqi ilə başlayan yol Cənubi Azərbaycan aşıq sənətinin geniş tədqiqinə gətirib çıxarıb.

            Ali Kafkasyalı 1920-30-cu illərdə Azərbaycanda bolşevik zülmündən qurtulmaq üçün üsyan qaldırmış, ədalətsizliyə qarşı ölüm-dirim mübarizəsi aparmış, sonradan Türkiyədə məskunlaşmış insanların həyatından bəhs edən “Qafqaz qaçaqları” və “Qartallar sınır tanımaz” romanları ilə tariximizin hələ layiqincə açılmamış səhifələrini işıqlandırmağa çalışdığını vurğulayıb. Qeyd edib ki, bu romanlar bir zamanlar qaçaq hərəkatında iştirak etmiş insanların xatirələri, eləcə də həm Azərbaycan, həm də Türkiyə arxivlərində saxlanılan sənədlər əsasında qələmə alınıb.

            Sonra Ali Kafkasyalı tələbə və müəllimlərin suallarını cavablandırıb, Mikayıl Azaflının şeirlərindən nümunələr səsləndirib, iştirakçılara öz imzasıyla kitablarını hədiyyə edib.

            Tədbirin sonunda Mikayıl Azaflının nəvəsi Roman Azaflı sazda aşıq havaları ifa edib.

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025