BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Türkiyənin sənaye və texnologiya naziri BDU-da “Azərbaycan düşüncə tarixi” kitabının təqdimatında iştirak edib

            Türkiyənin sənaye və texnologiya naziri BDU-da “Azərbaycan düşüncə tarixi” kitabının təqdimatında iştirak edib

            27 May 2022 12:57

            Türkiyənin sənaye və texnologiya naziri BDU-da “Azərbaycan düşüncə tarixi” kitabının təqdimatında iştirak edib

            Bakı Dövlət Universitetində (BDU) Türkiyə Cümhuriyyətinin sənaye və texnologiya naziri Mustafa Varankın iştirakı ilə I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “Azərbaycan düşüncə tarixi” kitabının təqdimat mərasimi keçirilib.

            Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın iki dövlət yoxdur. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı iki ölkə arasında əbədi dostluğun və qardaşlığın strateji yol xəritəsidir. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda ən yüksək müttəfiqlik səviyyəsinə çatıb. Türkiyə Cümhuriyyətinin mənəvi, siyasi dəstəyini hər an hiss etdiyimiz, tarixi zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra artıq Türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş azad Şuşada ölkələrimiz arasında Şuşa Bəyannaməsinin imzalanması Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına, strateji müttəfiqliyinə ucaldılmış ən böyük abidədir. Rektor BDU-da öz işinə başlayan I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının ölkələrimiz arasında ədəbi-mədəni əlaqələri daha da inkişaf etdirəcəyini deyib. Həmçinin vurğulayıb ki, Türkiyə Sənaye və Texnologiya Nazirliyinin və “Qarabağ” ordenli Səlcuk Bayrakdarın rəhbərlik etdiyi “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı ölkələrimizin elm, təhsil, sənaye sahəsindəki əməkdaşlığına olduqca mühüm töhfədir.

            Elçin Babayev bildirib ki, elmi yenilik və innovasiyaların tədris prosesinə tətbiqi, birgə elmi tədqiqatların aparılması BDU-nun əsas məqsədlərindəndir: “Yeni yaradılmış Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində Sənaye Kimyası, Rəqəmsal Araşdırmalar, Mikrobiologiya və Virusologiya , Biomühəndislik laboratoriyaları yaradılıb. BDU tələbələri aktiv elmi fəaliyyətlə məşğul olurlar. Yeni yaradılmış Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində BDU-nun tələbələri tərəfindən təqdim edilmiş 5 layihə “TEKNOFEST Azərbaycan”da finala qədər yüksəlib”.  
            Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxışında Türkiyə və Azərbaycan qardaşlığının Şuşa Bəyannaməsinin imzalanması ilə daha da gücləndiyini, iki ölkə arasında tarixi, mədəni, siyasi, ədəbi bağların daha da möhkəmlənməsi üçün hər iki ölkənin ziyalılarının üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. “Azərbaycan düşüncə tarixi” kitabını bu baxımdan yüksək qiymətləndirən səfir türk dünyasının önəmli şəxsiyyətlərinin də Azərbaycanda tanıdılmasının zəruri olduğunu bildirib.

            Təhsil nazirinin müavini Muxtar Məmmədov da Türkiyə və Azərbaycanın sevinci və kədərinin hər zaman bir olduğunu qeyd edib. Bildirib ki, BDU-da keçirilən I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Türkiyə ilə Azərbaycan arasında yalnız ədəbi, mədəni əlaqələri deyil, mənəvi, tarixi bağları daha da möhkəmləndirir.

            Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank BDU-da olmaqdan və “Azərbaycan düşüncə tarixi” kitabının təqdimatında iştirak etməkdən məmnunluq duyduğunu qeyd edib. Türkiyəli nazir Türkiyənin Azərbaycanı özündən ayırmadığını bildirib: “Bakıda keçirilən “TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı Azərbaycan-Türkiyə birliyinin texnoloji vasitəsidir. "TEXNOFEST"i ona görə keçiririk ki, dünya türkü tanısın, yerini bilsin. Can Azərbaycanla birgə çox yolumuz olacaq. Siyasət, iqtisadiyyat, təhsil, mədəniyyət və bir çox sahələrdə birlikdə addımlayırıq. Dünya türkün gücünü görəcək”.

            Türkiyənin sənaye və texnologiya naziri BDU-da “Azərbaycan düşüncə tarixi” kitabının təqdimatında iştirak edib
            Türkiyənin sənaye və texnologiya naziri BDU-da “Azərbaycan düşüncə tarixi” kitabının təqdimatında iştirak edib
            Türkiyənin sənaye və texnologiya naziri BDU-da “Azərbaycan düşüncə tarixi” kitabının təqdimatında iştirak edib
            Türkiyənin sənaye və texnologiya naziri BDU-da “Azərbaycan düşüncə tarixi” kitabının təqdimatında iştirak edib
            Türkiyənin sənaye və texnologiya naziri BDU-da “Azərbaycan düşüncə tarixi” kitabının təqdimatında iştirak edib
            Türkiyənin sənaye və texnologiya naziri BDU-da “Azərbaycan düşüncə tarixi” kitabının təqdimatında iştirak edib
            Türkiyənin sənaye və texnologiya naziri BDU-da “Azərbaycan düşüncə tarixi” kitabının təqdimatında iştirak edib

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025