BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç BDU-nun tələbələri ilə görüşüb

            Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç BDU-nun tələbələri ilə görüşüb

            20 Aprel 2022 16:27

            Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç BDU-nun tələbələri ilə görüşüb

            2008-2012-ci illərdə Türkiyənin Azərbaycanda səfiri, Azərbaycanın “Dostluq” ordeninə layiq görülmüş Hulusi Kılıç Bakı Dövlət Universitetində (BDU) Jurnalistika fakültəsinin qonağı olub.  
            Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
            Tədbirin moderatoru, fakültənin dekan müavini Samir Mirzəyev Türkiyə-Azərbaycan əlaqələrinin tarixi köklərə dayandığını vurğulayıb və bu əlaqələrin inkişafında sabiq səfir Hulusi Kılıçın səmərəli fəaliyyətini diqqətə çatdırıb.  
            Sonra Hulusi Kılıçın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
            Hulusi Kılıç çıxışında Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin tarixindən və 44 günlük Vətən müharibəsində bütün sahələrdə nümayiş olunan birlikdən söz açıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı parlaq qələbəni bütün türk dünyasının tarixi nailiyyəti kimi dəyərləndirən Hulusi Kılıç Azərbaycan-Türkiyə qardaşlığının regiona uzunmüddətli sülh və rifah gətirəcəyini bildirib. “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabı barədə tələbələrə məlumat verən sabiq səfir Azərbaycanın qazandığı tarixi qələbənin regionda yaratdığı yeni geosiyasi vəziyyət barədə danışıb.  Şuşa Bəyannaməsinin çox önəmli tarixi əhəmiyyətə malik olduğunu xatırladan Hulusi Kılıç deyib ki, hər bir vətəndaşımızın Türkiyə - Azərbaycan münasibətlərinin yüksək səviyyədə saxlanılmasında fəal iştirakı vacibdir.
            Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, professorlar Sabir Məmmədli, Nəsiman Yaqublu çıxış edərək 44 günlük Vətən müharibəsində Türkiyə Cümhuriyyətinin hər zaman Azərbaycanın yanında olduğunu, informasiya cəbhəsində də qazanılan uğurları vurğulayıblar.

            Sonda diplomat müəllifi olduğu "44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində" kitabını tədbir iştirakçılarına hədiyyə edib.

            Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç BDU-nun tələbələri ilə görüşüb
            Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç BDU-nun tələbələri ilə görüşüb
            Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç BDU-nun tələbələri ilə görüşüb
            Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç BDU-nun tələbələri ilə görüşüb

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025