BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • “Şəhərsalma və Memarlıq İli” çərçivəsində BDU tələbələri üçün İçərişəhərdə akademik infotur təşkil olunub

            “Şəhərsalma və Memarlıq İli” çərçivəsində BDU tələbələri üçün İçərişəhərdə akademik infotur təşkil olunub

            SOSİAL 26 May 2026 17:24

            “Şəhərsalma və Memarlıq İli” çərçivəsində BDU tələbələri üçün İçərişəhərdə akademik infotur təşkil olunub

            Bakı Dövlət Universiteti (BDU), “BDU könüllüləri” təşkilatı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə Universitetin tələbə və əməkdaşları üçün İçərişəhər ərazisində maarifləndirici tədbir və akademik tur keçirilib.

            Tədbirin açılış hissəsində çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud İçərişəhərin tarixi və onun canlı şəhər kimi qorunması istiqamətində görülən işlər barədə məlumat verib. Sədr qeyd edib ki, İçərişəhər hazırda “ağıllı qoruq” konsepsiyası əsasında inkişaf etdirilir. Cəmi 22 hektarlıq ərazisi və 3 minədək sakini olmasına baxmayaraq, böyük şəhərlərdə tətbiq olunan bütün xidmətlər və proseslər İçərişəhərdə də həyata keçirilir. Turistlər və sakinlər üçün xidmətlərin rəqəmsal idarəetmə platforması yaradılıb, ağıllı mobillik və nəqliyyat idarəetməsi tətbiq olunub. Rüfət Mahmud Qoruq İdarəsinin “Qoru” Gənclər Təşəbbüs Qrupunun fəaliyyətinə də toxunaraq, “BDU könüllüləri” ilə birgə maraqlı layihələrin həyata keçiriləcəyinə əminliyini bildirib.

            Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev ali təhsil müəssisələri ilə mədəniyyət qurumları arasında əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulayıb. Rektor bildirib ki, BDU-da muzey, arxiv işi və abidələrin qorunması, yerşünaslıq və kadastr, coğrafiya, şəhərsalma sahələri üzrə peşəkar kadr hazırlığı həyata keçirilir. Universitetdə könüllülük fəaliyyətinin geniş vüsət aldığını qeyd edən Elçin Babayev BDU-nun Qoruq İdarəsi ilə kadr hazırlığı, könüllülük hərəkatı və birgə layihələrin icrası istiqamətində geniş spektrli əməkdaşlığa tam hazır olduğunu diqqətə çatdırıb.

            Rəsmi hissədən sonra iştirakçılar üçün İçərişəhərin tarixi-mədəni irsini yaxından tanıtmaq məqsədilə geniş ekskursiya təşkil olunub. İnfotur çərçivəsində BDU kollektivi İçərişəhərin qədim şəhərsalma xüsusiyyətləri ilə tanış olub, Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Qoşa Qala Qapıları, Buxara və Multani karvansaraları, eləcə də Numizmatika ekspozisiyası kimi unikal memarlıq nümunələrini və tarixi abidələri ziyarət ediblər. Ekskursiya zamanı tələbələrə abidələrin memarlıq xüsusiyyətləri, orta əsr şəhərsalma prinsipləri, Azərbaycanın bu sahədə formalaşdırdığı zəngin irsin dünya mədəniyyətindəki yeri, həmçinin ərazidə həyata keçirilən yenilənmə və bərpa-konservasiya layihələri barədə ətraflı məlumat verilib.

            Proqramın sonunda Universitet rəhbərliyi, qoruq nümayəndələri və tələbələr arasında interaktiv müzakirələr aparılıb, şəhərsalma, memarlıq və tarixi irsin qorunması ilə yanaşı, gənclərin elmi dünyagörüşünün formalaşdırılması istiqamətində geniş fikir mübadiləsi həyata keçirilib.

            SOSİAL

            Son XƏBƏRLƏR

            26.05.2026 | 00:00

            Həmrəylik, xeyirxahlıq, humanizm bayramı

            26.05.2026 | 18:14

            BDU-da “Diplomatiya saatı” layihəsinin ilk qonağı Azərbaycanın Keniyakı səfiri Sultan Hacıyev olub

            26.05.2026 | 17:37

            BDU-nun kafedra müdiri Tarix Dostiyev elm sahəsi üzrə Dövlət Mükafatına layiq görülüb

            26.05.2026 | 17:35

            Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

            26.05.2026 | 16:12

            BDU-da 28 May - Müstəqillik Gününə həsr olunmuş kitab sərgisi

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025