BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi BDU-da ustad dərsi keçib: “Çoxqatlı təhlükəsizlik arxitekturası”

            RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi BDU-da ustad dərsi keçib: “Çoxqatlı təhlükəsizlik arxitekturası”

            SOSİAL 21 Aprel 2026 16:51

            RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi BDU-da ustad dərsi keçib: “Çoxqatlı təhlükəsizlik arxitekturası”

            Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələrinə “Çoxqatlı təhlükəsizlik arxitekturası” mövzusunda ustad dərsi keçib.

            Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, professor Ələkbər Əliyev müasir dövrdə informasiya təhlükəsizliyinin cəmiyyət, dövlət və təhsil müəssisələri üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, belə tədbirlərin tələbələrdə müasir risklərə qarşı daha yüksək bilik və məsuliyyət formalaşdırdığını qeyd edib.

            Fakültədə fəaliyyət göstərən “Kiber klub”un rəhbəri, dosent Natiq Quliyev klubun fəaliyyəti və həyata keçirdiyi təşəbbüslər haqqında məlumat verib, tələbələrin kibertəhlükəsizlik istiqamətində praktiki biliklərinin artırılmasının vacibliyini diqqətə çatdırıb.

            Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov ustad dərsində çoxqatlı təhlükəsizlik arxitekturasının rəqəmsal sistemlərin və məlumatların qorunmasında mühüm rol oynadığını bildirib, müasir kibertəhdidlərin mürəkkəb xarakterinin vahid müdafiə vasitəsi ilə deyil, bir-birini tamamlayan təhlükəsizlik qatları ilə daha effektiv şəkildə qarşılandığı vurğulayıb. Çıxış zamanı minimum səlahiyyət prinsipi, dərinləşdirilmiş müdafiə prinsipi və təhlükəsiz standart ayarlar prinsipi xüsusi olaraq diqqətə çatdırılıb,  fiziki təhlükəsizlik, perimetr təhlükəsizliyi, şəbəkə təhlükəsizliyi, endpoint təhlükəsizliyi, tətbiq təhlükəsizliyi və məlumat təhlükəsizliyinin vahid sistemin əsas tərkib hissələri olduğu bildirilib. Təqdimatda həmçinin istifadəçi maarifləndirilməsi və davranış təhlükəsizliyinin bu arxitekturanın ayrılmaz elementi olduğu qeyd olunub, texniki həllərlə yanaşı, insan amilinin də kibertəhlükəsizlikdə həlledici rol oynadığı vurğulanıb. Çıxışda risklərin əvvəlcədən qiymətləndirilməsi, təhlükəsizlik siyasətlərinin yenilənməsi və beynəlxalq standartların tətbiqinin vacibliyi barədə ətraflı məlumat verilib.

            Tədbir iştirakçıları təqdim olunan yanaşmaların həm dövlət, həm özəl, həm də təhsil sektorunda praktik əhəmiyyətini yüksək qiymətləndiriblər.

            Sonda Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov tələbələr və Universitet əməkdaşlarının mövzu ilə bağlı suallarını cavablandırıb.

            RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi BDU-da ustad dərsi keçib: “Çoxqatlı təhlükəsizlik arxitekturası”
            RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi BDU-da ustad dərsi keçib: “Çoxqatlı təhlükəsizlik arxitekturası”
            RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi BDU-da ustad dərsi keçib: “Çoxqatlı təhlükəsizlik arxitekturası”
            RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi BDU-da ustad dərsi keçib: “Çoxqatlı təhlükəsizlik arxitekturası”
            RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi BDU-da ustad dərsi keçib: “Çoxqatlı təhlükəsizlik arxitekturası”
            SOSİAL

            Son XƏBƏRLƏR

            21.04.2026 | 19:47

            BDU-da “Danışır təcrübə” layihəsinin növbəti qonağı “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı olub

            21.04.2026 | 16:23

            BDU-da "Qarabağ bölgəsinin şəhərsalma strukturu: işğaldan əvvəl və sonra” adlı tədbir

            21.04.2026 | 15:29

            BDU-da klassik ədəbiyyatla bağlı tədqiqatlar davam edir

            21.04.2026 | 12:15

            BDU-da “Diplomatın nitqi” layihəsinə start verilir

            21.04.2026 | 10:53

            “Bayraktar Teknologiya Azərbaycan” tələbələr üçün yay təcrübə proqramı elan edir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025