BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Özbəkistanlı alim BDU-da ustad dərsi keçib

            Özbəkistanlı alim BDU-da ustad dərsi keçib

            30 May 2023 11:30

            Özbəkistanlı alim BDU-da ustad dərsi keçib

            Özbəkistanın Xarəzm Pedaqoqların Təlimi üzrə Milli Mərkəzinin kafedra müdiri, filologiya elmləri doktoru Nəsibə Sabirovna Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Ulu Öndər Heydər Əliyev və Özbəkistan-Azərbaycan mədəni əlaqələri” mövzusunda ustad dərsi keçib.

            Nəsibə Sabirovna “Heydər Əliyev İli”ndə Azərbaycanda olmaqdan və məhz Ümummilli Liderin məzunu olduğu Universitetdə mühazirə oxumaqdan məmnunluğunu ifadə edib. O, eyni soya malik olan xalqlarımız arasındakı tarixi dostluq əlaqələrindən bəhs edib. Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hələ sovet dövründə siyasi təqiblərə baxmayaraq xalqlarımız arasında mədəni əlaqələrin davam etdirilməsinə səy göstərib: “Müstəqillik illərində siyasi, iqtisadi, eyni zamanda ədəbi-mədəni əlaqələrimiz Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın keçmiş Prezidenti İslam Kərimovun tarixi xidmətləri ilə daha da inkişaf etdirildi. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti  Şavkat Mirziyoyev münasibətlərimizi ən yüksək səviyyəyə çatdırıblar”.

            Mühazirədə Azərbaycanda özbək, Özbəkistanda Azərbaycan ədəbiyyatı örnəklərinin nəşri və təbliğindən bəhs olunub. Ulu Öndərin təşəbbüsü ilə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Əlişir Nəvai kimi görkəmli şəxsiyyətlərin yubileylərinin mütəmadi olaraq hər iki ölkədə qeyd olunması ənənəsinin formalaşdığı, həmin ənənələrin bu gün də davam etdirildiyi vurğulanıb.

            Məruzəçi hər iki ölkə arasında mədəni əlaqələr sahəsində kitabxana-informasiya fəaliyyətinin də prioritet istiqamətlərdən olduğunu qeyd edib. Qardaş ölkələrin Milli Kitabxanaları arasındakı qarşılıqlı əlaqələrin, kitab mübadiləsinin mütəmadi olaraq davam etdirildiyini iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, kitabxana-informasiya fəaliyyəti üzrə kadr hazırlayan BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi ilə Özbəkistanın müvafiq ixtisas üzrə müətəxəssis hazırlayan ali məktəbləri arasında son dövrlər əlaqələr daha da inkişaf etdirilir, birgə beynəlxalq konfranslar, seminar və ustad dərsləri təşkil olunur.

            Filologiya elmləri doktoru Nəsibə Sabirovnanın mühazirəsi auditoriya tərəfindən maraqla dinlənilib, alim dinləyicilərin çoxsaylı suallarını cavablandırıb.

            Özbəkistanlı alim BDU-da ustad dərsi keçib

            Son XƏBƏRLƏR

            04.09.2026 | 15:51

            BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

            04.09.2026 | 13:29

            BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

            04.09.2026 | 13:27

            BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

            03.09.2026 | 12:37

            BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

            03.09.2026 | 12:02

            Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025