Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
SOSİAL
20 May 2026 12:18

Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə Bakı Dövlət Universitetində (BDU) müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov və BDU-nun rektoru Elçin Babayev arasında görüş keçirilib.
Görüşdə müdafiə sənayesi sahəsində yüksəkixtisaslı kadr hazırlığı, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, tələbələrin istehsalat təcrübəsi imkanlarının genişləndirilməsi və innovasiya yönümlü təşəbbüslərin dəstəklənməsi məsələləri müzakirə edilib.
Görüş zamanı gələcək əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Son XƏBƏRLƏR
19.09.2026 | 00:00
Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
19.09.2026 | 00:00
Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
18.09.2026 | 00:00
Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
18.09.2026 | 18:56