BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Missuri Universitetinin professoru BDU-da genom redaktəsinə dair təlim keçib

            Missuri Universitetinin professoru BDU-da genom redaktəsinə dair təlim keçib

            13 Yanvar 2023 10:26

            Missuri Universitetinin professoru BDU-da genom redaktəsinə dair təlim keçib

            ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Özəl sektorun inkişafı” layihəsinin dəstəyi ilə  Missuri Universitetinin professoru Binq Yanq Bakı Dövlət Universitetində (BDU) təlim keçib.

            Genom redaktəsi texnologiyaları və tətbiqi prinsipləri istiqamətində təqdim edilən təlim BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib. Təlimdə əsas məqsəd genom redaktəsinin ölkə üçün strateji əhəmiyyətli bitki növlərinə tətbiqini həyata keçirmək, bu istiqamətdə tədqiqatçı mütəxəssisləri yetişdirməkdən ibarətdir. Təlimin məqsədlərindən biri də növbəti mərhələdə maddi-texniki bazanın yaradılması, ölkə üçün prioritet olan genom redaktəsi sahəsinin fəaliyyətini təmin edəcək laboratoriyanın qurulmasıdır. 7 gün davam edən  təlimdə BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin  əməkdaşları, Biologiya fakültəsinin müəllim heyəti və gənc tədqiqatçıları, həmçinin Azərbaycanın elmi-tədqiqat institutlarının, Azərbaycan Tibb Universitetinin müvafiq əməkdaşları iştirak ediblər.

            Təlim ərzində BDU-nun, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Aqro Bitki Klinikası (FİTOLAB  Mərkəzləşdirilmiş Sınaq Laboratoriyası), Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Elm Və Təhsil Nazirliyi nəzdində Genetik Ehtiyatlar İnstitutunun alimlərinin iştirakı ilə dəyirmi masa keçirilib. BDU əməkdaşları tərəfindən yaradılmış CRISPR/CAS 9 kasetləri,  birləpəlilərin (buğda, düyü) adaptiv qabiliyyətinin artırılması üçün bu kasetlərdən istifadə  imkanları müzakirə edilib. BDU-nun Biologiya fakültəsinin magistrant və doktorantları, müəllim heyəti,  eləcə də müxtəlif elmi-tədqiqat institutlarının elmi işçilərinin iştirakı ilə “CRISPR əsasında genomun redaktəsi” mövzusunda seminar keçirilib. Eyni zamanda BDU-nun elmi-tədqiqat laboratoriyasında buğda və pambıq bitkisinin yarpaq toxumasından protoplastların ayrılması həyata keçirilib. Daha sonra protoplast izolyasiya işləri tamamlanıb, pambıq və buğda bitkilərinin yarpaq toxumasına tərkibində RUBI kompleksi olan aqrobakteriyaların yoluxdurulması həyata keçirilib. Binq Yanq “CRISPR 101” texnologiyası ilə bağlı da seminar keçirib və FİTOLAB  Mərkəzləşdirilmiş Sınaq Laboratoriyasında kriogen texnologiyadan istifadə etməklə bakteriya və plazmidlərin ultra soyuq temperaturda saxlanma (kriokonservasiya) prosesini nümayiş etdirib.

            Aparılan nəzəri və praktiki təlimlər nəticəsində birləpəli və ikiləpəli bitkilərin müxtəlif stress amillərinə (biotik - göbələk, bakterial və virus patogenləri, abiotik - duz, radiasiya, quraqlıq və ya digər stresslər) qarşı davamlılığının artırılması  məqsədi ilə CRİSPR/CAS9 kasetlərinin doğru qurulması, vektorların seçimi, mənfi xüsusiyyət daşıyan və transformasiyaya məruz qalan genə uyğun dizayn edilmiş CRİSPR/CAS9 kasetinin hüceyrə kulturasına və toxuma kulturasına yeridilməsi, hüceyrə kulturasının əldə olunması üçün protoplastların ayrılması kimi texnologiyalar təlim iştirakçılarının nəzərinə çatdırılıb.  Əldə olunan bilik və bacarıqlar genom redaktəsinin tətbiqi üçün çox əhəmiyyətlidir.

            Missuri Universitetinin professoru BDU-da genom redaktəsinə dair təlim keçib
            Missuri Universitetinin professoru BDU-da genom redaktəsinə dair təlim keçib

            Son XƏBƏRLƏR

            16.12.2025 | 00:00

            Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov

            16.12.2025 | 16:39

            ƏƏSMN BDU tələbələri üçün dövlət qulluğunun üstünlüklərinə dair infosessiya keçirib

            16.12.2025 | 16:07

            Çinin Sosial Elmlər Akademiyası nəzdində Modernləşmə Milli Akademiyasının nümayəndələri BDU-da

            16.12.2025 | 14:47

            BDU nümayəndə heyəti Anhui Universitetinin Stony Brook İnstitutunun təcrübəsi ilə tanış olub

            16.12.2025 | 14:45

            BDU nümayəndə heyəti Çinin Elm və Texnologiya Universitetində olub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025