BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Köln Universitetinin professoru “Nizami həftələri” layihəsi çərçivəsində BDU-da mühazirə oxudu

            Köln Universitetinin professoru “Nizami həftələri” layihəsi çərçivəsində BDU-da mühazirə oxudu

            5 Oktyabr 2021 10:17

            Köln Universitetinin professoru “Nizami həftələri” layihəsi çərçivəsində BDU-da mühazirə oxudu

            Bu gün Bakı Dövlət Universitetində (BDU) Şərqşünaslıq fakültəsinin təşkilatçılığı və Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin xətti ilə “Nizami həftələri” layihəsi çərçivəsində Köln Universitetinin şərqşünaslıq üzrə professoru, islamşünas və tərcüməçi Stefan Veidner mühazirə oxuyub. Elmi seminarda BDU-nun rektoru Elçin Babayev, Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Andreas Hohlt, səfirliyin əməkdaşları, Şərqşünaslıq fakültəsinin professor-müəllim heyəti və tələbələri, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Slavyan Universitetinin tələbələri iştirak edib.

            Seminarda BDU-nun rektoru Elçin Babayev çıxış edərək qonaqları salamlayıb, Köln Universitetinin professoru Stefan Veidnerin mühazirəsinin dahi Nizami Gəncəvi irsinə dünya miqyasında marağın təzahürü olduğunu, dünyada, xüsusilə Avropada mütəfəkkir şairin yaradıcılığının geniş tədqiq edildiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci ilin “Azərbaycanda Nizami Gəncəvi İli” elan edilməsinin əhəmiyyətindən, dünya və Şərq ədəbiyyatında dahi şairin mövqeyinin yenidən öyrənilməsi, araşdırılması və təbliğinin vacibliyindən bəhs edib.  Eyni zamanda BDU ilə Almaniyanın elm və təhsil müəssisələri arasında yüksək səviyyəli əməkdaşlıq, ikili diplom proqramları haqqında məlumat verən rektor, bu əlaqələrin genişləndirilməsinin perspektivlərindən, yeni layihələrin hazırlandığından söhbət açıb.

            Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Andreas Hohlt çıxış edərək, birgə mədəni və elmi tədbirlərin ölkələrimiz arasında münasibətlərə töhfə verəcəyini, Nizami ilə bağlı keçirilən “Nizami həftələri” tədbirlər silsiləsinin alman ədəbiyyatı ilə müqayisəli şəkildə aparıldığını qeyd edib.

            Köln Universitetinin professoru Stefan Veidner “Şərqşünaslığa yenidən baxış. Niyə Şərq ideyası hələ də faydalıdır” adlı məruzədə Nizaminin Avropa ölkələrində tədqiqi, onun Qərb ölkələrində yaşamış yazıçı və şairlərə təsiri, tərcümə məsələləri, Şərq və Qərb ədəbi ənənələrinin mübadiləsi, təsirlər və əlaqələrin inkişaf xətti, son əsrlərdə ədəbi əlaqələrinin təsir dairəsi, Qurban Səid və digər yazıçıların əsərlərinin Qərb düşüncəsinə təsiri və s. kimi geniş mövzular barəsində ətraflı çıxış edib, ümumiləşdirmələr aparıb.

            Seminarın sonunda Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov çıxış edərək maraqlı məruzəyə görə professor Stefan Veidnerə təşəkkürünü bildirib. Eyni zamanda Şərqşünaslıq fakültəsinin tarixi, ənənələri, Azərbaycan şərqşünaslıq məktəbinin görkəmli nümayəndələri, professor Ələsgər Məmmədov, akademik Vasim Məmmədəliyevin semitologiya istiqamətində fəaliyyətindən söz açıb. Almaniya universitetlərində Şərqşünaslıq fakültələri ilə əlaqələrin qurlması istiqamətində görülən işlərdən danışıb, bu əlaqələrin qurulmasının hər iki ölkənin elmi və təhsilinə töhfə verəcəyini vurğulayıb.

            Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

            Köln Universitetinin professoru “Nizami həftələri” layihəsi çərçivəsində BDU-da mühazirə oxudu
            Köln Universitetinin professoru “Nizami həftələri” layihəsi çərçivəsində BDU-da mühazirə oxudu
            Köln Universitetinin professoru “Nizami həftələri” layihəsi çərçivəsində BDU-da mühazirə oxudu
            Köln Universitetinin professoru “Nizami həftələri” layihəsi çərçivəsində BDU-da mühazirə oxudu
            Köln Universitetinin professoru “Nizami həftələri” layihəsi çərçivəsində BDU-da mühazirə oxudu

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025