BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • İşğaldan azad olunmuş ərazilərimizin bərpasında “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiqi böyük əhəmiyyət kəsb edir

            İşğaldan azad olunmuş ərazilərimizin bərpasında “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiqi böyük əhəmiyyət kəsb edir

            17 İyul 2021 12:47

            İşğaldan azad olunmuş ərazilərimizin bərpasında “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiqi böyük əhəmiyyət kəsb edir

            Torpaqlarımızın düşmən tapdağından azad edilməsi, həmin ərazilərimizdə bərpa və quruculuq işlərinin aparılması Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyətinin, şanlı Ordumuzun gücünün nəticəsidir.

            Artıq işğaldan azad edilmiş ərazilərimizin ən müasir texnologiyaların tətbiqi ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında sürətlə bərpa prosesi gedir. Bu mühüm tədbirin reallaşdırılması üçün məqsədyönlü fəaliyyət strategiyası hazırlanıb və həmin strategiya uğurla həyata keçirilir.

            Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Kəmalə Nəcəfova deyib. Alim bildirib ki, ölkəmizdə “ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb. Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunda iştirak edərkən görüşdüyü böyük texnoloji şirkətlərin rəhbərləri ilə söhbətləri zamanı bu sahədə dünyada gedən müsbət yeniliklərin Azərbaycana cəlb edilməsi üçün fikir mübadiləsi aparıb, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının respublikamızda tətbiqi mexanizminin işlənməsi və həyata keçirilməsi üçün müvafiq imkanların olması qənaətinə gəlib.

            Bu layihələrin uğurla reallaşdırılması üçün 2021-ci il yanvar ayının 6-da dövlət başçısı “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb və ölkəmizdə həmin texnologiyaların tətbiqi üçün hüquqi zəmin yaradılıb.

            2021-ci il aprelin 19-da Azərbaycan Prezidenti “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzalayıb. Burada əsas məqsəd ucqar ərazilərində davamlı inkişafın təmin edilməsidir.

            “Ağıllı şəhər”ləri yaratmaqda əsas məqsəd odur ki, müxtəlif texnologiyaları şəhər infrastrukturuna tətbiq etməklə insanların həyat şəraiti yüksəldilsin, həmçinin şəhərin idarəedilməsinin effektivliyi artırılsın. Müxtəlif ağıllı cihazlardan, sensorlardan istifadə etməklə şəhər xidmətlərinin keyfiyyətini, məhsuldarlığını, interaktivliyini artırmaq olur.

            “Ağıllı şəhər”lərin qurulmasında 3D modelləşdirməsinin tətbiqi dizaynerlərə, memarlara və mütəxəssislərə qısa zaman çərçivəsində xüsusi 3D əsaslı proqramlar vasitəsilə “ağıllı şəhər”in 3D virtual modelini yaratmağa, ərazinin, eləcə də hər bir binanın layihələndirilməsində yarana biləcək səhvlərin qarşısını almağa imkan verir. “Ağıllı şəhər”i 3D əsasında modelləşdirərkən şəhərlərdə əhali artdıqca, ərazinin səmərəli istifadə olunması, torpaq və əhali, mənzil sıxlığı, bina hündürlüyü, mərtəbə sahəsinin nisbəti, bərpa olunan enerji məsələlərinə də xüsusi diqqət yetirilir. Gələcəyin davamlı şəhəri günəş enerjisi qurğuları, mikro şəbəkələr və digər təmiz enerji mənbələrindən istifadə edən unikal şəhər modelidir.

            İşğaldan azad edilmiş ərazilərimizdə yaradılacaq “ağıllı şəhər”lərin və “ağıllı kənd”lərin infrastrukturunun idarə edilməsi, təhlükəsizliyi ilə bağlı məlumatların toplanması, təhlili, istifadəsi və vizuallaşdırılmasında dron texnologiyalarından geniş istifadə edilməsi xüsusilə məqsədəuyğundur.

            Aprelin 27–də Prezident İlham Əliyev artıq Zəngilanın 1-ci Ağalı, 2-ci Ağalı, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoyub. “Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuş “Ağıllı kənd” layihəsinin təməl daşında Müzəffər Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” kəlamı yazılıb. Layihənin icrası, əsasən, yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələrini əhatə edən 5 komponent üzrə aparılacaq. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.

            İşğaldan azad olunmuş ərazilərimizdə bərpa olunan ilk şəhər isə Ağdam şəhəri olacaq. Şəhərin baş planı təsdiq olunub, quruculuq işlərinə start verilib. 2021-ci il mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.

            İşğaldan azad olunmuş ərazilərimizin bərpasında məhz “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiqinin olduqca böyük əhəmiyyəti var. Bununla, Azərbaycan dövləti bütün dünyaya həyata keçirdiyi siyasətin həm də humanist, sülhsevər, qurucu və yüksək mədəni-əxlaqi mahiyyətini nümayiş etdirir. 30 il ərzində qəsbkar ermənilər tərəfindən vəhşicəsinə talan edilmiş torpaqlarımızın ən yüksək texnologiyaların tətbiqi ilə bərpası vəhşilik üzərində mədəniyyətin, dağıdıcılıq üzərində quruculuğun, barbarlıq üzərində humanizmin qələbəsi, yəni təcavüzkar Ermənistan üzərində sülhsevər Azərbaycanın qələbəsi deməkdir.

            https://azertag.az/xeber/Isgaldan_azad_olunmus_erazilerimizin_berpasi

            Son XƏBƏRLƏR

            01.09.2026 | 17:10

            İsrailin Bar-İlan Universitetinin vitse-prezidenti Zeev Zalevskinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da

            01.09.2026 | 16:56

            BDU tələbələrinin nəzərinə!

            01.09.2026 | 16:55

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş nişana layiq görülüb

            01.09.2026 | 13:34

            BDU məzunlarının MİQ imtahanlarında uğur göstəricisi artıb

            01.09.2026 | 12:27

            BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025